Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:01

Kerry və Lavrov görüşəcək


John Kerry və Sergei Lavrov

Mayın 12-də Soçidə ABŞ Dövlət katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergei Lavrov arasında görüş gözlənilir.

Rusiya kütləvi informasiya vasitələrinin məlumatına görə, görüşdə Ukrayna münaqişəsi, Suriya və Yəməndəki vəziyyət müzakirə olunacaq.

RİA Novostinin diplomatik mənbələrə istinadla verdiyi məlumata görə, Kremil ümid edir ki, Kerry Ukrayna münaqişəsinin həlliylə bağlı yeni təkliflə gələcək.

Amma ABŞ Dövlət departamenti hələlik buna münasibət bildirməyib.

Agentlik bildirir ki, Moskva Kerrynin səfərindən sıçrayış gözləmir, amma səfərin həmişə çox vacib olduğunu deyib.

Məlumatlara görə, Lavrov görüşdə Ukraynaya hərbi dəstəyin yolverilməz olduğunu deyəcək.

Almaniyanın kansleri Angela Merkel də mayın 10-da Moskvada Vladimir Putinlə Ukraynanın şərqindəçki münaqişəni müzakirə edib.

Ukraynanın şərqində atəşkəsə baxmayaraq silahlı toqquşmalar vaxtaşırı davam edir.Atəşkəs razılaşması bu ilin fevralında Minskdə, Almaniya və Fransanın vasitəçiliyi ilə əldə olunub.

Qərb və Kiyev Rusiyanı Ukraynanın şərqindəki separatmıları dəstəkləməkdə ittiham edir.Moskva ittihamı rədd edir.

XS
SM
MD
LG