Keçid linkləri

Təcili xəbərlər
2022, 17 Avqust, çərşənbə, Bakı vaxtı 09:22

Dünya xəbərləri

Avrozona nazirləri Brüsseldə görüşürlər

Yunanıstanda Beynəlxalq Valyuta Fondu əleyhinə şüar

-

Yunanıstanın baş naziri Alexis Tsipras deyir ki, mayın 11-də Avropa rəsmilərindən Afinanın islahatlar planına dair müsbət bəyanat gözləyir.

Mayın 11-də Avrozonanın 19 üzvü Brüsseldə görüşərək Yunanıstanın islahatlarının durumunu müzakirə edəcəklər. Ancaq avroqrup nazirlərinin rəhbəri, Niderlandın maliyyə naziri Jeroen Dijsselbloem həftəsonu bildirib ki, Afinaya kreditlərin heç olmasa bir hissəsinin verilməsinə dair razılığa gəlinməyib.

Almaniya başda olmaqla, avrozona nazirləri tələb edirlər ki, Yunanıstan sərt islahatlar həyata keçirsin. Ölkənin solçu hökuməti isə sərt qənaət islahatlarından imtina edir.

Bütün xəbərləri izləyin

Pakistanda yol qəzasında azı 20 nəfər ölüb

Arxiv fotosu

İlkin məlumatlara görə, avtobusun sürücüsü sükan arxasında mürgüləyib.

Pakistan hakimiyyəti avtobusun yanacaq tankeri ilə toqquşaraq alışması nəticəsində azı 20 nəfərin həlak olduğunu açıqlayıb.

Hadisə avqustun 16-da sübh tezdən, mərkəzi Multan şəhəri yaxınlığında, paytaxt İslamabaddan 540 km cənubda baş verib.

İlkin məlumatlara görə, avtobusun sürücüsü sükan arxasında mürgüləyib.

Pakistanda yol qəzaları tez-tez baş verir, əsas səbəblər sırasında yolların bərbadlığı, maşınların nasazlığı, sürücülərin səhlənkarlığı göstərilir.

2015-ci ildə cənub rayonunda sərnişin avtobusunun neft tankeriylə toqquşmasında azı 62 nəfər həlak olmuşdu.

Aunq Suu Kyiyə daha 6 il həbs kəsildiyi bildirilir

Birmada çevrilişdən sonra etirazlar, mart, 2021-ci il

Birmada (Myanma) hakim xuntanın idarə etdiyi məhkəmə müxalifət fəalı Aunq San Suu Kyini korrupsiya ittihamları üzrə altı il həbsə məhkum edib. Məhkəmə qapalı keçirilib. Xəbəri çoxsaylı media orqanları adı çəkilməyən mənbələrə istinadla yayıb.

77 yaşlı Nobel mükafatı laureatı bütün ittihamları rədd edib. O, özünün təsis etdiyi, sağlamlıq və təhsili təbliğ edən fondun vəsaitini ev tikməyə xərcləməkdə, hökumətə məxsus torpağı ucuz qiymətə icarəyə götürməkdə təqsirli bilinib.

Paytaxt Ranqun həbsxanasında təkadamlıq kamerada saxlanan Suu Kyi hazırda ötən il açılmış digər cinayət işləri ilə 11 il həbs cəzası çəkir.

Ordu ötən ilin fevralında Suu Kyinin partiyasının başçılıq etdiyi seçilmiş hökuməti devirib, daha sonra seçki keçirərək onu udub.

Seçkinin nəticələrinə etiraz edənlərə amansız divan tutulub, onminlərlə insan həbs edilib, xeyli sayda adamın döyülməsi, öldürülməsi haqda mötəbər məlumatlar var.

'Amnesty International'ın Ukrayna ordusuna dair hesabatını beynəlxalq ekspertlər araşdıracaq

Amnesty International logo in English

“Amnesty İnternational” hüquq müdafiə təşkilatının Ukrayna hərbçilərinin yaşayış binalarında, məktəblərdə və xəstəxanalarda silah yerləşdirməsi ilə bağlı hesabatı beynəlxalq ekspertlər tərəfindən yoxlanılacaq.

Almaniyanın "Deutsche Welle" radiosunun məlumatına görə, bununla hüquq müdafiəçiləri hesabatın niyə mənfi reaksiya doğurduğunu öyrənmək niyyətindədirlər.

"Biz insan hüquqları sahəsində işimizi yaxşılaşdırmaq üçün nəyin və niyə səhv olduğunu bilmək istəyirik", - deyə təşkilat bildirib.

“Amnesty İnternational” hesabatın Rusiya təbliğatının istifadəsini pisləyib və hesabatla bağlı press-relizdə “Rusiya təcavüzünə lazımi diqqət yetirilmədiyinə” təəssüfləndiyini bildirib.

Avqustun 4-də yayılan hesabatda deyilir ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalını dəf etmək cəhdi ilə yaşayış məntəqələrində, o cümlədən məktəblərdə və xəstəxanalarda bazalar yaradaraq və silah yerləşdirməklə mülki əhalini təhlükə altına qoyur.

Hesabatdakı məhz bu hissə Kiyevin tənqidinə səbəb olub. Ukrayna prezidenti Volodimir Zelenski sözügedın hesabatı hüquq müdafiəçilərinin məsuliyyəti Rusiyadan Ukraynaya keçirməyə çalışdığı “əxlaqsız nümunə” adlandırıb.

Beynəlxalq insan haqları təşkilatının rəhbəri Agnes Callamard etirazlara cavab olaraq bildirib ki, tənqidlər "Amnesty İnternational" təşkilatının “qərəzsizliyini zəiflətməyəcək” və “faktları dəyişməyəcək”.

Kalamar aydınlaşdırıb ki, nəticələr ciddi standartlara uyğun olaraq, araşdırmalar zamanı toplanmış sübutlara əsaslanıb.

Hesabatın hazırlanmasında iştirak etmədiyini bildirən təşkilatının Ukrayna ofisinin direktoru Oksana Pokalçuk etiraz olaraq "Amnesty İnternational"ı tərk etdiyini bəyan edib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Estoniya Müdafiə Nazirliyi: Baltik dənizi NATO-nun daxili dənizinə çevriləcək

İsveç və Finlandiyanın nümayəndələri NATO-ya üzvlüklə bağlı Brüsseldə danışıqlar ərəfəsində, arxiv foto

Finlandiyanın NATO-ya qoşulmasından sonra Estoniya ilə birgə sahil müdafiəsini birləşdirəcəklər. Bu da Rusiya hərbi gəmilərinin Baltik dənizinə çıxışını bağlayacaq.

Bunu “İltalehti” qəzetinə müsahibəsində Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib.

"Estoniya və Finlandiya raketlərinin uçuş məsafəsi Finlandiya körfəzinin genişliyini aşır", - Pevkur bildirib.

Pevkur Finlandiyanın müdafiə naziri ilə görüşdə ölkələrin müdafiəsini birləşdirmək və məlumat mübadiləsi aparmaqla bağlı razılıq əldə etdiklərini vurğulayıb.

Onun sözlərinə görə, birgə raketdən müdafiə sistemi Finlandiya körfəzini Rusiya hərbi gəmiləri üçün bağlayacaq . "Finlandiya və İsveç ittifaqa daxil olandan sonra Baltik dənizi NATO-nun daxili dənizinə çevriləcək", - Pevkur vurğulayıb.

İsveç və Finlandiya Rusiyanın Ukraynaya müdaxiləsi fonunda bitərəf statuslarından imtina edərək NATO-ya üzv olmaq qərarına gəliblər. Onların alyansa daxil olması təşkilata üzv olan 30 ölkənin hamısı tərəfindən təsdiqlənməlidir.

Avqustun 4-nə olan məlumata görə, 23 dövlət yeni üzvlər haqqında sazişi ratifikasiya edib.

Rusiyanın hərbi təcavüzü nəticəsində Ukraynada 3 mindən çox uşaq valideynsiz qalıb

Ukrayna, Kiyev regionu,Borodyanka şəhəri 6 aprel 2022

Rusiyanın Ukraynaya hücumundan bəri Ukraynada 3182 uşaq valideynsiz qalıb. Bu barədə telemarafon zamanı Milli Sosial Xidmət sektorunun Uşaq Hüquqlarının Müdafiəsi Departamentinin direktor müavini Vladimir Vovk məlumat verib.

Onun dediyinə görə, 541 uşaq valideynlərini itirib və ya onlarla heç bir əlaqəsi yoxdur.

Vladimir Vovkun dediyinə görə, hazırda onlarda valideynlərini itirmiş 312 uşaq var ki, həmin uşaqların 206-sının heç bir sənədi yoxdur. Departament direktoru müharibə bitəndən sonra bu uşaqların valideynlərinin tapılacağına az da olsa ümid etdiyini bildirir.

BMT-nin məlumatına görə, müharibə başlayandan avqustun 7-dək Ukraynada 12 min 867 nəfər mülki itki qeydə alınıb ki, onlardan 5 401 nəfərinin həlak olduğu müəyyənləşdirilib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Ukraynadan taxıl daşıyan ilk gəmi hələki mənzil başına çatmayıb

Razoni gəmisi

Gəmi Livanın Tripoli şəhərinə üzsə də, Ukraynanın Türkiyədəki səfiri deyib ki, alıcı 5 ay gecikdirildiyinə görə malı qəbul etməkdən imtina edib

BMT-nin vasitəçiliyi ilə əldə olunmuş razılaşmaya əsasən Ukraynadan taxıl yükü ilə çıxan ilk gəmi 11 gündən sonra Türkiyə sahilində qeydə alınıb.

Türkiyə nümayəndələri bildirirlər ki, gəmi yükünün bir hissəsini boşaltdıqdan sonra Misirə yollanacaq.

Razoni gəmisi BMT, Türkiyə, Ukrayna və Rusiya arasında əldə olunmuş razılaşmaya uyğun olaraq Odessa limanını avqustun 1-də tərk etmişdi.

Gəmi Livanın Tripoli şəhərinə üzsə də, Ukraynanın Türkiyədəki səfiri deyib ki, alıcı 5 ay gecikdirildiyinə görə malı qəbul etməkdən imtina edib.

Buna görə də Türkiyə sahillərində lövbər salmış gəmi yeni müştəri axtarırdı.

Gəmi hərəkətlərini izləyən Refinitiv saytı bildirir ki, Razoni gəmisi avqustun 11-də Türkiyənin Mersin limanında idi.

Mersində mənzillənmiş Toros gəmiçilik agentliyi bildirib ki, Razoni 1500 tonluq qarğıdalı dəni yükünü Türkiyədə boşaltdıqdan sonra qalan 26 tonluq yüklə Misirə yollanacaq.

Reuters agentliyi bildirir ki, Toros firması Mersində yalnız gəmilərin boşaldılması və yüklənməsi ilə məşğul olur və gəminin Misirə getməsi qərarı başqa qurumlar tərəfindən qəbul olunub.

Rusiya terrorçuluğa sponsorluq edən ölkələr siyahısında

Donetskdə ukraynalı hərbçi

Parlamentin avqustun 11-də qəbul etdiyi qətnaməni 67 deputat dəstəkləyib. On altı deputat səsvermədə iştirak etməyib.

Latviyada deputatlar Rusiyanı terrorçuluğa sponsorluq edən ölkə siyahısına salıb. Buna Moskvanın Ukraynaya qarşı davam edən səbəbsiz işğalı, Suriyadakı hərbi əməliyyatlaı, Kremlin tənqidçilərinin bir neçə dəfə zəhərlənməsi səbəb göstərilir.

Parlamentin avqustun 11-də qəbul etdiyi qətnaməni 67 deputat dəstəkləyib. On altı deputat səsvermədə iştirak etməyib.

Qətnamədə Rusiyanın “siyasi məqsədlərlə dinc sakinlərə qarşı zorakılığı”, Moskvanın “qorxu yaratmaq və dinc sakinləri fərq qoymadan öldürmək üçün” klastr bombalarından istifadə etməsi pislənilir.

Parlament digər “eyni mövqedə olan ölkələri” bu addıma qoşulmağa, Avropa İttifaqını Rusiya və Belarus vətəndaşlarına viza verməyi dayandırmağa çağırıb. Qanunverici orqan qeyd edir ki, Rusiyanın Ukraynaya təcavüzü “Belarus rejiminin dəstəyi və iştirakıyla” aparılıb.

Fevralın sonunda Ukraynaya hücuma başlayan Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib.

Özbəkistan vətəndaşlarına Ukrayna ilə bağlı xəbərdarlıq edir

Rusiyada özbək miqrantlar

Özbəkistanın Moskvadakı səfirliyi Rusiyada yaşayan vətəndaşlarına xəbərdarlıq edib ki, Rusiyanın Ukraynada davam edən işğalına qoşulsalar, ciddi nəticələrlə üzləşə bilərlər.

Səfirlik avqustun 10-da yaydığı bəyanatda bildirir ki, xarici ölkələrin ərazisində hərbi əməliyyatlarda hər hansı formada iştirak muzdlu fəaliyyət hesab olunacaq və 10 ilədək həbslə cəzalandırıla bilər.

“Səfirlik bütün həmvətənlərimizi provokasiyalardan kənar durmağa çağırır”, – bəyanatda deyilir.

Bu bəyanatdan bir gün öncə Rusiyanın Perm vilayətinшт BETTA telekanalı yerli özbək diasporunun lideri Cahongir Calolovun bəyanatını yayıb. O, Permdə yaşayan özbəkləri 14-cü əsr hökmdarı Əmir Teymurun şərəfinə özbək batalyonu qurmağa çağırıb. Calolov deyib ki, bu batalyon ukraynalılarla döyüşən Rusiya hərbi qüvvələrinə qoşulmalıdır.

Rusiya mediasının bu həftənin əvvəlində yaydığı məlumata görə, ölkənin vilayətlərində və etnik respublikalarda 40-dan artıq könüllü hərbi birləşmələr yaradılıb.

Rusiya fevralın sonunda Ukraynaya qarşı səbəbsiz müharibəyə başlayıb. Ukrayna silahlı qüvvələrinin qəti müqaviməti ilə üzləşən Moskva martın sonunda hədəfini dəyişib, Ukrayna paytaxtı Kiyev yaxınlığından və şimaldan qüvvələrini çəkib, ölkənin şərqinə və cənub-şərqinə fokuslanıb.

Rusiya İranın peykini orbitə çıxarıb

"Soyuz" raketi "Xəyyam" peykini orbitə qaldırır

İran peykin elmi tədqiqat məqsədilə hazırlandığını deyir

Avqustun 9-da Rusiya raketi İranın peykini orbitə çıxarıb. Bu arada Moskvanın kosmik imkanlardan Ukraynadakı hərbi hədəflərə nəzarətdə istifadə edə biləcəyinə dair ittihamlar var.

İranın “Xəyyam” adlı peyki Moskva vaxtıyla 08:52-də Qazaxıstanın cənubundakı Baykonur Kosmodromundan Rusiyanın Soyuq raketi ilə orbitə qalxıb.

“The Washington Post” qəzeti ötən həftə yazırdı ki, ABŞ rəsmiləri Rusiya ilə İran arasında yenicə başlayan kosmik əməkdaşlıqdan narahatdır, onlar qorxurlar ki, bu peyk nəinki Rusiyaya Ukraynaya kömək edəcək, həmçinin İranın İsrail və Yazın Şərqdə potensial hərbi hədəfləri izləməsi üçün “görünməmiş imkanlar” açacaq.

İran peykin elmi tədqiqat, o cümlədən kənd təsərrüfatı məqsədilə radiasiya və ətraf mühitin monitorinqi üçün hazırlandığını, onun topladığı informasiyaya digər ölkənin çıxışının olmayacağını deyir.

Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan İranla münasibətləri dərinləşdirməyə çalışır. Ötən ay Prezident Vladimir Putin müharibənin əvvəlindən bəri keçmiş Sovet İttifaqından kənara ilk səfərini İrana edib.

Türkiyə şirkəti Ukraynada 'Bayraktar' zavodu tikəcək

Baykar şirkətinin Ukraynaya hədiyyə etdiyi Bayraktar

Bundan başqa iyulun ortalarında Baykar şirkətinin direktoru Haluk Bayraktar demişdi ki, Türkiyə Rusiyaya heç vaxt dron satmayacaq

Türkiyənin Baykar şirkəti Ukraynada qeydiyyatdan keçib və Bayraktar dronları istehsal edəcək zavodun tikintisi üçün torpaq sahəsi alıb.

Bu barədə məlumatı Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar RBK-Ukrayna agentliyinə verib.

CurrentTimes saytı yazır ki, Kiyev və Ankara Ukraynada Bayraktar dronlarını istehsal edəcək zavodun tikintisi barədə razılaşmanı hələ 2022-ci ilin əvvəllərində imzalamışdılar.

Bundan başqa iyulun ortalarında Baykar şirkətinin direktoru Haluk Bayraktar demişdi ki, Türkiyə Rusiyaya heç vaxt dron satmayacaq.

Səfir qeyd edib ki, sözü gedən zavodu Baykar şirkəti layihələndirib və tikintisini əvvəldən sonadək özü aparacaq.

Bodnarın sözlərnə görə bu qərar siyasi olmaqla yanaşı, həm də praktikdir, çünki Ukraynada istehsal olunacaq dronlarda Ukrayna istehsalı hissələrdən də istifadə ediləcək.

Şirkətin əliaçıqlığı

Səfir deyib:

“Bu mühərriklər də ola bilər, başqa ehtiyat hissələri, təkərlər və Ukraynada olan yüksək texnologiyalı başqa komponentlər də”.

Ukrayna Türkiyənin Bayraktar TB2 döyüş və kəşfiyyat dronlarından Rusiya ilə müharibədə fəal istifadə edir.

Ukrayna bu drondan döyüş meydanında ilk dəfə 2021-ci ildə istifadə edib.

Mayın sonlarında Litvanın Laisves TV kanalı Ukrayna üçün Bayraktar dronunun alınması məqsədilə pul toplandığını elan etmişdi.

Telekanal 5.9 milyon avro toplaya bilmişdi.

Lakin Baykar şirkəti demişdi ki, Litva fəalları topladıqları vəsaiti Ukraynaya humanitar dəstəyə xərcləsinlər, Litva və Ukrayna bayraqları ilə bəzədilmiş Bayraktar dronu isə Kiyevə təmənnasız bağışlanacaq.

Türkiyənin 5 bankı 'Mir' ödəniş sistemini qəbul edir

"Mir"

Türkiyənin beş bankı Rusiyanın "Mir" ödəniş sistemindən istifadə etməyə başlayıb. Bu isə Ukraynanın işğalına görə qoyulmuş sanksiyalardan yayınma ehtimalı ilə bağlı narahatlıq yaradıb.

Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan "Mastercard" və "Visa" Rusiyada əməliyyatları dayandırıblar. "Mir" kartla ödəniş sistemi isə rusiyalı turistlərə Türkiyədə alış-veriş üçün ödəniş imkanı verəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra deyib ki, bu sistemin qəbulu üzrə “çox ciddi irəliləlişlər” var.

Ərdoğanın sözlərinə görə, Türkiyə Rusiya təbii qazının bir qismi üçün rublla ödəniş etməyə razılaşıb.

Soçidəki görüşdən üç həftə öncə Türkiyə lideri Putinlə İranda bir araya gəlmişdi.

Ankara Rusiyanın Ukraynaya təcavüzünü pisləsə də ona sanksiya tətbiq etməyib, yaxud hava məkanını bu ölkənin üzünə bağlamayıb.

Türkiyə iqtisadiyyatı 2021-ci ildə bir il öncəylə müqayisədə 11 faiz artıb. Ancaq iyulda inflyasiya 80 faizə çatıb.

Türkiyə rusiyalı turistlərin ən çox getdiyi ölkədir, 2019-cu ildə 7 milyon rusiyalı Türkiyədə olub.

Azərbaycan mövqelərinin 10 dəfə vurulduğunu deyir

Ermənistan-Azərbaycan sərhədi

Azərbaycan Müdafiə Nazirliyi (AMN) avqustun 8-i səhər bildirib ki, ötən sutka ərzində mövqeləri ümumilikdə 10 dəfə atəşə tutulub.

Nazirliyin qeyd etməsinə görə, bunlardan altısı Azərbaycan-Ermənistan dövlət sərhədində Kəlbəcər və Laçın rayonları istiqamətlərində baş verib: "Digər dörd hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsi tərəfindən Azərbaycan ordusunun Kəlbəcər, Goranboy və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini… müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla qeydə alınıb. Şəxsi heyət və texnikamızda itki yoxdur".

Nazirliyin açıqlamasına görə, bütün hallarda Azərbaycan ordusunun bölmələri adekvat cavab tədbirləri görüb. Hələlik, bu açıqlamaya qarşı tərəflərin münasibəti bəlli deyil.

Müdafiə nazirliyi Qarabağda bir sıra yüksəkliklərin nəzarətə alındığını bildirir
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Sərhəddə erməni hərbçinin yaralandığı bildirilir

Azərbaycan-Ermənistan sərhədinin şərq hissəsində yerləşən döyüş mövqelərinin birində erməni hərbi qulluqçusu Nver Qevorqyan yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hadisə avqustun 6-sı axşam saatlarında baş verib. Yerevan atəşkəs pozuntusunda Azərbaycan ordusunu ittiham edir.

Bakı Ermənistan Müdafiə Nazirliyinin dövlət sərhədində atışma olması və bir erməni əsgərin yaralanması ilə bağlı bəyanatını təkzib edib.

Avqustun 3-dən…

Avqustun 3-də Qarabağda vəziyyət yenidən gərginləşib. Azərbaycan qarşı tərəfi provokasiyada günahlandırıb, bir əsgərin həlak olduğunu, buna cavab olaraq Qarabağda bəzi yüksəkliklərə nəzarəti bərpa etdiyini bildirib.

Laçında məskunlaşmış ermənilər: Ayın sonunadək şəhərdən çıxmalıyıq
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

Qarabağdakı tanınmayan qurum isə iki əsgərin öldürüldüyünü, 15 nəfərin yaralandığını deyir. Onlar Azərbaycan qüvvələrini təmas xəttini pozmaqda ittiham edirlər.

Rusiya Müdafiə Nazirliyinin bu məsələlərlə bağlı həmin vaxt məlumatında da atəşkəsin Azərbaycan tərəfdən pozulduğu vurğulanırdı.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi. Amma 2020-ci ildə savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Xersonda işğal administrasiyası rəhbərinin müavini sui-qəsd nəticəsində ölüb

Krımda təcili tibbi yardım maşını, arxiv foto

Hazırda Rusiyanın işğlı altında olan Ukraynanın Xerson vilayətinin Nova Kaxovka işğal administrasiyası rəhbərinin müavini Vitali Qura sui-qəsd nəticəsində ölüb. Bu barədə Rusiyanın TASS xəbər agentliyi məlumat yayıb.

RİA Novosti mənbələrinin məlumatına görə isə, şənbə günü səhər saatlarında Vitali Qura evinin yaxınlığında bir neçə güllə yarası alıb, bundan sonra o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bir gün əvvəl Xerson vilayətinin işğal administrasiyasının rəhbəri Vladimir Saldonun zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi barədə xəbərlər yayılıb.

Daha sonra yayılan məlumatlarda Vladimir Saldonun son dərəcə ağır vəziyyətdə Krıma aparıldığını və oradan onu tibbi komaya salaraq Moskvaya aparmaq qərarına gəldiyini bildirilir.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

İsraillə Fələstin bir-birinə raket zərbələri endirib

İsrail ordusu Qəzza zolağına raket atıb, 6 avqust 2022

Avqustun 6-sı səhər saatlarında İsrailin Qəzza zolağına yenidən raket zərbələri endirdiyi bildirilir. Bu barədə Reuters agentliyi xəbər verir.

Məlumatda vurğulanır ki, İsrail bunu raket atmağa hazırlaşan "İslami Cihad" terror qruplaşmasının yaraqlılarına qarşı qabaqlayıcı zərbə adlandırıb.

İdda olunur ki, İsrail hərbçiləri üç yaşayış binasını vurub və onlardan biri tamamilə dağılıb.

Fələstin Səhiyyə Nazirliyi raket zərbələri nəticəsində ən azı 12 nəfərin öldüyün, 84 nəfərin yaralandığını bildirib. O da qeyd edilir ki, öz növbəsində Fələst də İsrail ərazisinə ən azı 160 raket atıb. Dağıntı və insan təlafatı ilə bağlı məlumat verilmir.

Raketlər İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilir.

BMT, eləcə də Misir və Qətər rəsmiləri hücumları dayandırmağa çağırırlar.

Reuters-in məlumatına görə, münaqişənin daha da genişlənməsi Qəzzəyə nəzarət edən Həmas qruplaşmasının döyüşlərə qoşulub-qoşulmayacağından asılı olacaq.

Bir gün əvvəl, avqustun 5-i axşam saatlarında İsrail ordusu əməliyyat nəticəsində "İslami Cihad" qruplaşmasının şimal diviziyasının komandiri Taysir əl-Cəbarinin zərərsizləşdirildiyini açıqlayıb.

Qrup komandirin ölümünü təsdiqləyib. Bildirilir ki, Əl-Cəbari "İslami Cihad"ın Həmas qruplaşması ilə əlaqəsini koordinasiya edib.

Həmçinin, o da iddia olunur ki, əl-Cəbari İsrailə qarşı çoxsaylı terror aktları və raket hücumlarında iştirak edib.

İsrailin "İslami Cihad" terror qruplaşmasına qarşı keçirdiyi əməliyyat sərhəddə nisbi sakitliyə son qoyub. Sonuncu böyük toqquşma 2021-ci ilin mayında olub, o zaman İsrail və Fələstin arasında 11 gün davam edən ağır döyüşlərdə ən azı 260 nəfər həlak olub.

Təl-əviv ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və ehtiyatda olan 25 min hərbçinin xidmətə çağırdığını elan edib.

'Amnesty International'ın Ukrayna ofisinin rəhbəri hesabata etiraz olaraq istefa verib

Oksana Pokalçuk

Amnesty İnternational təşkilatının Ukrayna ofisinin direktoru Oksana Pokalçuk təşkilatı tərk etdiyini açıqlayıb.

O bildirib ki, təxminən 7 illik işindən ayrılmasına təşkilatın Ukrayna hərbçilərinin müharibə qanunlarını pozması ilə bağlı hesabatın dərc etməsi səbəb olub.

Təşkilatın Ukrayna bölməsi daha əvvəl hesabatın hazırlanmasında iştirak etmədiyini bildirib.

"Hər şey bürokratiya divarına və kar dil baryerinə çırpıldı. Məsələ ingilis dilində deyil, amma ondadır ki, əgər sən işğalçıların soxulduğu və onu parça-parça etdiyi ölkədə yaşamırsansa, yəqin ki, müdafiə ordusunu qınamağın nə olduğunu başa düşmürsən.”, Oksana Pokalçuk Facebook-da yazıb.

Avqustun 4-də Amnesty İnternational-ın yaydığı hesabatda deyilir ki, Ukrayna hərbçiləri Rusiyanın işğalını dəf etmək cəhdi ilə yaşayış məntəqələrində, o cümlədən məktəblər və xəstəxanalarda bazalar yaradaraq, silah yerləşdirərək dinc əhalini təhlükə altına salırlar.

Ukrayna prezidenti Volodimir Zelenski bu hesabatı hüquq müdafiəçilərinin məsuliyyəti Rusiyadan Ukraynaya keçirməyə çalışdığı “əxlaqsız nümunə” adlandırıb.

Təşkilatının rəhbəri Agnes Callamard cavab olaraq deyib ki, bu tənqid Amnesty İnternational təşkilatının "qərəzsizliyini zəiflətməyəcək" və "faktları dəyişməyəcək".

"Nəticələr Amnesty İnternational-ın bütün işi kimi eyni ciddi standartlara və lazımi araşdırma prosedurlarına uyğun olaraq aparılan araşdırmalar zamanı toplanmış sübutlara əsaslanırdı" -Callamard vurğulayıb.

Agnes Callamard, Bakı, 9 sentyabr 2010
Agnes Callamard, Bakı, 9 sentyabr 2010

Hesabatın dərcindən sonra Amnesty İnternational təşkilatının Ukrayna Silahlı Qüvvələrinə akkreditasiyasının dayandırıldığı bildirilir.

Ukraynadakı müharibə ilə bağlı Amnesty İnternational-ın digər hesabatları barədə heç bir məlumat verməyən Rusiya mediasında təşkilatın sözügedən hesabatı geniş işıqlandırılıb.

Təşkilatın hesabatını Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində şərh edilib. Vurğulanıb ki, Rusiya dəfələrlə Ukrayna Silahlı Qüvvələrinin dinc əhalidən “insan qalxanı” kimi istifadə etdiyini bəyan edib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Dağıdılmış Mariupol (Ukrayna) dram teatrında Rusiya hərbçisi, 16 mart 2022
Dağıdılmış Mariupol (Ukrayna) dram teatrında Rusiya hərbçisi, 16 mart 2022

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Atəşə tutulduqdan sonra Zaporojye AES-in 3 blokundan biri bağlanıb

Zaporojye Atom Elektrik Stansiyasının peyk görüntüsü

Ukraynanın “Enerqoatom” şirkəti bir gündə Zaporojye Atom Elektrik Stansiyası (AES) ərazisinin ikinci dəfə atəşə tutduğunu bildirir.

Məlumatda bununla da “nüvə reaktorunun yerləşdiyi enerji bloklarından birinin yaxınlığındakı ərazi”nin üç dəfə vurulduğu və azot-oksigen stansiyası, o cümlədən köməkçi binanın zədələndiyi bildirilir.

Qeyd olunur ki, insan təlafatı və yaralananlar olmasa da zərbələr nəticəsində həm hidrogen və radioaktiv maddələrin sızması riski böyükdür.

"Enerqoatom" şirkəti artıq atom elektrik stansiyasının üç işləyən enerji blokundan birinin bağlandığını elan edib.

"Zaporojye AES-ə hücum nəticəsində enerji bloklarından birində fövqəladə mühafizə işləyib, üç işləyən enerji blokundan biri söndürülüb",

"Enerqoatom" bildirir ki, atəşə tutulmazdan əvvəl "Rosatom" nümayəndələri tələsik stansiyanı tərk ediblər, "yəqin ki, onlar hücumun olacağını biliblər".

Hazırda AES-dəki ukraynalı işçilərin "nüvə və radiasiya təhlükəsizliyini təmin etmək üçün müəyyən tədbirlər gördüyü bildirilir.

Həm də bildirilir ki, günorta saatlarında AES-in atəşə tutulması zamanı yüksək gərginlikli xətt zədələndiyindən enerji bloklarından birində fövqəladə mühafizə işləri aparılıb, dizel generatorları işə düşüb, bok boşaldılıb və şəbəkədən ayrılıb.

İşğal altındakı Mariupol limanından təxminən 200 kilometr şimal-qərbdə yerləşən AES müharibənin əvvəlindən Rusiyanın nəzarətindədir.

Zaporojye AES, 12 iyun 2008
Zaporojye AES, 12 iyun 2008

Ukrayna prezidenti hadisə ilə bağlı videomüraciətində deyib ki, baş verənlərə görə Rosatomdan tutmuş Rusiyanın bütün nüvə sənayesi ilə əlaqəli şirkətlərə və şəxslərə qarşı sərt sanksiyalar tətbiq olunmalıdır.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Rusiya Bolqarıstanın 14 diplomatını qovur

Rusiyanın Bolqarıstandakı səfirliyi qarşısında Ukrayna müharibəsinə etiraz aksiyası

Moskva fevralın sonunda Ukraynaya təcavüzə başlayandan Avropanın bir sıra ölkələri Rusiya diplomatlarını qovur

Rusiya Bolqarıstanın 14 konsulluq və səfirlik işçisini qovur. Bu addımın Sofiyanın Rusiya diplomatik personalını qovmaqla bağlı “əsassız” qərarına cavab olaraq atıldığı deyilir. Bütün bunlar Moskvanın Ukraynaya qarşı əsassız təcavüzü fonunda baş verir.

Rusiyanın Xarici İşlər Nazirliyi avqustun 5-də bəyanatında bildirib ki, Bolqarıstanın səfiri Atanas Kristini çağırıb, ona Rusiyadakı 14 işçinin persona non qrata elan edilməsi haqda nota təqdim olunub.

Moskva fevralın sonunda Ukraynaya təcavüzə başlayandan Avropanın bir sıra ölkələri Rusiya diplomatlarını qovur.

Bolqarıstan iyunun sonunda deyirdi ki, Rusiyanın 70 diplomatını qovur, şimali Ruse şəhərindəki Rusiya Baş Konsulluğunu bağlayır.

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya hücum əmri verəndən bir sıra Qərb ölkələri Moskvaya genişmiqyaslı sanksiyalar tətbiq ediblər. Rusiyanın bir sıra bankları SWIFT sistemindən çıxarılıb, Rusiya ixracında embarqo qoyulub, investisiyalara məhdudiyyətlər, hökumət rəsmiləri və ailə üzvlərinə səyahət qadağaları açıqlanıb.

Yeni dəniz doktrinasında Putin NATO və ABŞ-ı əsas təhlükə sayır

Sankt-Peterburqda Rusiya Hərbi Dəniz Qüvvələri Günü qeyd olur

Vladimir Putin Rusiyanın dəniz doktrinasını təsdiq edən fərman imzalayıb.

Rusiya prezidentinin imzaladığı fərman iyulun 31-dən qüvvəyə minir. Putin Sankt-Peterburq və Kronştadtda hərbi dəniz paradına qatılan Putin doktrinada “Rusiyanın milli maraqlarının sərhəd və zonaları” nı göstərilib.

O, həmin sərhəd və zonalara Arktika sularını, Qara, Oxotsk və Berinq dənizlərinin sularını, Baltik və Kuril boğazlarını aid edib.

Sənəddə milli təhlükəsizliyə əsas təhdidlər, digərləri ilə yanaşı, NATO-nun fəaliyyətinin artması, ABŞ-ın Dünya Okeanında hökmranlıq etmək istəyi, bir sıra dövlətlərin Moskvaya qarşı ərazi iddiaları, habelə Rusiyaya informasiya və hərbi təzyiqlərdir.

Rusiyanın Dəniz doktrinası ilk dəfə 2001-ci ildə qəbul edilib. Sənəd sonuncu dəfə 2015-ci ilin yayında Krımın ilhaqı və NATO-nun genişlənməsi fonunda yenilənib.

Kosovoda yenidən gərginlik yaranıb

Kosovo: Serblər Kosovonun şimalındakı Rudaredə yolları bağlayıblar, 31 iyul 2022

Kosovodan gələn məlumatlara görə, ölkənin şimalındakı etnik serblər Kosovo ilə Serbiyanı birləşdirən iki sərhəd keçid məntəqəsinə - Yarinye və Bernjaka gedən yolları yük maşınları və başqa vasitələrlə bağlayıblar.

O da bildirilir ki, gərginlik Serbiya tərəfindən verilmiş avtomobil nömrələri və şəxsiyyət sənədləri ilə bağlı Kosova hökumətinin qəbul etdiyi və avqustun 1-də qüvvəyə minəcək iki qayda ilə bağlıdır.

Kosova hökuməti bildirir ki, avqustun 1-də Serbiya tərəfdən gələnlərin sənədləri üç ay müddətində qüvvədə olan Priştina (Kosovanın paytaxtı) tərəfindən verilmiş yeni giriş-çıxış şəxsiyyət sənədləri ilə dəyişdiriləcək.

Məlumatlarda vurğulanır ki, bu siyasət Serbiyaya səfər edən Kosovo vətəndaşlarına tətbiq olunan uzunmüddətli təcrübəyə uyğun gəlir.

Kosovo Polisi və NATO-nun Kosovodakı missiyasının (KFOR) gücləndirilmiş qüvvələrinin bazar günü axşam Mitrovitsanın cənub hissəsindəki Ura e İbri körpüsü yaxınlığında toplandığını göstərən videogörüntülər yayılıb.

İyulun 31-də axşam saatlarında Kosovo polisi həmin bölgədə etirazçıların yolları kəsməsinə görə Jarinje və Brnjakdakı sərhəd keçidlərini piyada və nəqliyyat vasitələrinin dövriyyəsi üçün bağladıqlarını açıqlayıb.

Kosovonun şimalındakı etnik serblər 1999-cu ildəki müharibədən bəri Serb qurumları tərəfindən verilən avtomobil nömrələrindən istifadə edirlər.

Kosovo hökuməti bunu qanunsuz hesab edir və əksəriyyəti serblər olan dörd şimal bələdiyyəsində Kosova tərəfindən buraxılmış nömrələrlə əvəz edilməsini tələb edir.

Dəyişiklikləri etmək üçün avtomobil sahiblərinə sentyabrın sonuna qədər vaxt verildiyi bildirilir.

Nikolayevin atəşə tutulması nəticəsində ən zəngin ukraynalılardan biri həlak olub

«Nibulon» şirkətinin rəhbəri Aleksey Vadaturskiy

Ukraynanın “Nibulon” kənd təsərrüfatı şirkətinin təsisçisi və Ukraynanın ən varlı sahibkarlarından biri Aleksey Vadaturski və həyat yoldaşı iyulun 31-nə keçən gecə Rusiyanın Nikolayev şəhərini atəşə tutması nəticəsində həlak olub.

Bu barədə vilayət administrasiyasının rəhbəri Vitali Kim məlumat verib.

“Aleksey Afanasyeviç Ukrayna üçün, Nikolayev vilayəti üçün çox şey etdi. Onun kənd təsərrüfatı və gəmiqayırma sənayesinin inkişafına, regionun inkişafına verdiyi töhfə əvəzsizdir”, - Kim yazıb.

Vadaturskinin ölümünü Ali Radadakı “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia və Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak da təsdiqləyib.

Yerli KİV-lərin yazdığına görə, mərmi sahibkarın evinə düşüb. "Forbes" jurnalının Ukrayna bölümünün 2021-ci ildə yaydığı məlumata görə, 74 yaşlı biznesmenin sahib olduğu "Nibulon" şirkəti gəlir baxımından Ukraynada üçüncü kənd təsərrüfatı şirkəti olub.

Elə həmin il Vadaturski 430 milyon dollarlıq sərvətlə Forbes-in ən zəngin ukraynalılar siyahısında 24-cü yerdə qərarlaşıb. 2007-ci ildə iş adamına Ukrayna Qəhrəmanı adı verilib.

Xarkov və Nikolayev şəhərlərinin merləri hər iki şəhərin bazar gününə keçən gecə Rusiya hərbçiləri tərəfindən güclü atəşə tutulduğunu bildiriblər.

Nikolaev şəhərinin meri Aleksandr Senkeviç bazar günü gecə şəhərin atəşə tutulması barədə məlumat verib və bunu "indiyə qədər ən güclü atəşə tutlma " adlandırıb. Senkeviçin sözlərinə görə, bir neçə partlayışdan sonra yanğınlar başlayıb, yaşayış binalarında dağıntılar var.

Rusiya Müdafiə Nazirliyi hələlik Nikolayev və Xarkova hücumlar barədə xəbərləri şərh etməyib. Rusiya adətən bildirir ki, onlar Ukraynanın mülki infrastrukturuna hücum etmirlər və yalnız hərbi obyektlər hədəfə alınır.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

BMT ukraynalı hərbi əsirlərin ölümü ilə bağlı araşdırmaya hazır olduğunu bildirir

Ukrayna hərbi əsirlərin həlak olduğu həbsxana, 29 iyul 2022

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçı bölgədə onlarla ukraynalı hərbi əsirin həlak olması faktını araşdırma aparmaq üçün əraziyə müstəntiqlər göndərməyə hazır olduğunu bildirib.

BMT-nin sözçüsü Farhan Haq bildirib ki, hər iki tərəf razılaşarsa, BMT insidentin baş verdiyi cəbhə bölgəsindəki Olenivka şəhərinə ekspertlər göndərməyə hazırdır. Bundan başqa, təşkilat yaralıların təxliyyəsinə də yardım təklif edib.

Ukraynalı hərbi əsirlərin saxlandığı yer raket arəşinə tutulub. Nəticədə onlarla ukraynalı əsir həlak olub.

Rusiya iddia edir ki, Ukrayna ordusu Olenivka həbsxanasını hədəfə almaq üçün ABŞ-ın verdiyi raket sistemlərindən istifadə edib.

Ukrayna hərbçiləri isə Olenivkaya hər hansı raket və ya artilleriya zərbəsi endirilmədiyini bəyan edir. Kiyev Rusiyanı ukraynalılara verilən işgəncələri və edam hallarını ört-basdır etmək üçün həbsxananı atəşə tutmaqda ittiham edir. Ukrayna kəşfiyyatı isə hesab edir ki, ukraynalı hərbi əsirlərin olduğu yeri ‘Vaqner’ vurub, məqsəd əsirlərin köşürüldüyü binanın tikintisi və təmiri zamanı yol verilən mənimsəmələri gizlətmək olub

Ukrayna prezidenti Vladimir Zelenski BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin Olenivkadakı hücumdan sonra reaksiya verməyə borclu olduğunu deyib. Zelenski iyulun 30-da videomüraciətində deyib: “Bu, qəsdən Rusiyanın hərbi cinayəti, ukraynalı hərbi əsirlərin qəsdən kütləvi şəkildə öldürülməsi idi.

Ukraynadan sonra Rusiya da BMT və Beynəlxalq Qırmızı Xaç təşkilatından ekspertlərini hadisəni yerində araşdırmağa çağırıb.

Müxtəlif məlumatlara görə, Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan Olenivkadakı həbsxanasının atəşə tutulması nəticəsində ən azı 50 ukraynalı hərbi əsir həlak olub.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Rusiyadan iddia: Qara dəniz donanmasının qərargahına dron hücumu olub

Ukraynaya məxsus dron, 15 aprel 2018

Rusiyanın Sevastopoldakı Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının qərargahına dron hücumu olub.

Bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev teleqramında məlumat verib.

Onun sözlərinə görə, qərargahın 5 əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıblar, təlafat olmayıb.

Hücum Rusiya Dəniz Günü bayramına təsadüf edib. Hadisədən sonra Sevastopolda Hərbi Dəniz Günü ilə bağlı planlaşdırılan bütün bayram tədbirləri ləğv edilib. Bundan başqa qubernator şəhər əhalisinə müraciət edərək hamının evdə qalmasını xahiş edib. Razvojayev (O soyadını Telegram-da “RaZVojayev” kimi yazır) hesab edir ki, pilotsuz təyyarənin Ukrayna Silahlı Qüvvələrinə məxsus olub.

Ukraynanın Odessa Regional Hərbi Administrasiyasının sözçüsü Sergiy Bratçuk isə bildirib Rusiyanın Qara dəniz donanmasının işğal olunmuş Sevastopoldakı qərargahına hücumun Ukrayna qüvvələri tərəfindən həyata keçirildiyi barədə məlumatı “açıq təxribatdır”.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Britaniya kəşfiyyatının rəhbəri: Ukraynadakı Rusiya hərbi qüvvələri 'tükənir'

Kiyev istiqamətindəki Dmitriyevka kəndində vurulmuş Rusiya hərbi texnikası, 23 may 2022

Britaniya kəşfiyyatı Mİ-6-nın rəhbəri Riçard Mur Ukraynadakı rus qoşunlarının “tükəndiyini” bildirir. O, bu barədə iyulun 29-da “Twitter” səhifəsində Böyük Britaniyanın Müdafiə Nazirliyinin Rusiyanın müharibəyə hazırlaşarkən və müharibə zamanı yol verdiyi ehtimal edilən səhvlər barədə videosunu şərh edərkən yazıb.

"Kreml çarəsizləşir. Rusiya on minlərlə əsgərini itirib və Sovet dövründən qalma silahlardan istifadə edir. Onların köhnəlmiş raketləri günahsız ukraynalıları öldürür və yaralayır. Rusiya bu ədalətsiz müharibədə qalib gəlməyəcək"- Mİ6 rəhbəri yazır.

Videoda Rusiya qoşunlarının Ukraynada on minlərlə hərbçi itirdiyi və hərbi texnika itkisinin də yerini doldurmağın getdikcə çətinləşdiyi iddia edilir. Müharibə şəraitində bu qiymətləndirmənin düzgünlüyünü yoxlamaq mümkün deyil. Həm də Rusiya Müdafiə Nazirliyi mart ayından bəri itkilər barədə məlumat verməyi dayandırıb.

Rusiya Müdafiə Nazirliyi daha əvvəl "xüsusi əməliyyat" da kifayət qədər hərbi qulluqçunun iştirak etdiyini və səfərbərlik tədbirlərinin nəzərdə tutulmadığını bildirib. Mediada yayılan məlumatlarda isə Rusiyanın bir çox regionlarında könüllülərin müharibəyə cəlb edilməsi kampaniyalarının aparıldığı vurğulanır.

Britaniya hərbi kəşfiyyatının növbəti gündəlik hesabatında bildirilir ki, Ukrayna qoşunları, ehtimal ki, Donetsk yaxınlığındakı Rusiya qoşunlarının son hücum cəhdlərini dəf edə biliblər.

Rusiyayönümlü teleqram kanallarında Avdiyevka, Marinka və cəbhə xəttinin 2014-cü ildən bəri bir sıra digər məntəqələrində Rusiya qoşunlarının irəlilədiyini yazsa da Britaniya kəşfiyyatı bununun ciddi irəliləyiş olmadığını bildirir.

Kəşfiyyat məlumatlarında o da vurğulanır ki, Ukrayna ordusunun ciddi zərbələrindən yarasız yala düşən Antonov körpüsü ilə ilə bağlı itkiləri kompensasiya etmək üçün Rusiya ordusu Xerson vilayətində ponton keçidləri tikməkdədir.

Rusiya komandanlığı Ukraynanın Xarkov vilayətinin işğal olunmuş hissəsi ilə sərhədə əlavə bölmələr yerləşdirir. Bu barədə “Azadlıq” radiosunun Ukrayna xidmətinin “Sxema” layihəsi “Planet Labs” peyk görüntülərinə istinadla məlumat yayıb.

Hərbi ekspertlərin fikrincə, Rusiya ordusu gələcəkdə bu möhkəmlənmədən İzyum və Slavyansk istiqamətlərində istifadə edə bilər.

Ötən gecə Rusiya ordusunun Nikolayev şəhərini atəşə tutması nəticəsində azı 1 nəfərin həlak olduğu, 6 nəfərin yaralandığı bildirilir. Vilayət administrasiyasının rəhbəri Vitali Kimin dediyinə görə, raketlər çoxmərtəbəli binaları vurub.

İyulun 30-da o da məlum olub ki, iyulun 29-da avtobus dayanacağına düşən mərmi parçalarının ağır yaraladığı iki Nikolayev sakini xəstəxanada vəfat edib.

Rusiya qoşunlarının işğal etdiyi Enerqodarda (Zaporojye vilayəti) ötən gecə Rusiyanın üç hərbi texnikası zərərsizləşdirilib. Hərbi texnikalar Rusiya hərbi-texniki mütəxəssislərinin yaşadığı otelin qarşısında olub.

Şənbə günü gecə Xarkov yenidən raket atəşinə məruz qalıb. Bu barədə media şəhərin meri İqor Terexova istinadən məlumat yayıb.

Dnepropetrovsk vilayəti administrasiyasının məlumatına görə, Nikopol şəhəri də “Qrad” reaktiv yaylım atəşi sistemlərindən atəşə tutulub. Bir bina dağılıb, 15 binaya ziyan dəyib. İlkin məlumatlara görə, insan təlafatı olmayıb.

Avropada meymun çiçəyindən ilk ölüm halı qeydə alınıb

"Meymun çiçəyi" pozitiv

İspaniya Səhiyyə Nazirliyi iyulun 29-da 1 nəfərin meymun çiçəyi xəstəliyindən öldüyünü açıqlayıb.

Bu hadisənin Avropada birinci, Afrikadan kənarda isə ikinci hadisə olduğu güman edilir.

Hazırda İspaniya təsdiqlənmiş meymun çiçəyi hallarının sayına görə dünyada ABŞ-dan sonra ikinci ölkədir.

Səhiyyə Nazirliyinin hesabatına görə, ölkədə 4298 xəstəliyə yoluxma halı qeydə alınıb ki, onlardan 135 nəfərində ağırlaşmalar olub - "ən çox rast gəlinən ikincili bakterial infeksiyalar və ağız yaraları olub və onlardan biri vəfat edib".

İspaniyadan bir neçə saat əvvəl Braziliyada bir xəstəninin meymun çiçəyi xəstəliyinin öldüyünü açıqlanıb.

Yerli Səhiyyə Nazirliyinin məlumatına görə, həmin şəxs limfoma və zəifləmiş immunitetdən əziyyət çəkən 41 yaşlı kişi olub.

Məlumata görə, bu, beş nəfərin meymun çiçəyindən öldüyü Afrikadan kənarda qeydə alınan ilk ölüm halı sayılır. İkinci ölüm halı İspaniyada qüydə alınıb.

İyulun 23-də Dünya Səhiyyə Təşkilatı meymun çiçəyi xəstəliyini qlobal ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan edib.

Rusiyada ilk meymun çiçəyi xəstəliyi iyulun 12-də qeydə alınıb. Yoluxmuş şəxs təcrid olunub. Bundan sonra yoluxma hadisəsi qeydə alınmayıb.

2022-ci ilin iyul ayının sonunda ABŞ və Avropa İttifaqı meymun xəstəliyinin qarşısının alınması üçün çiçək peyvəndinin istifadəsini təsdiqləyib. Meymun çiçəyi həm heyvanlara, həm də insanlara təsir göstərir. Bu, simptomlarına görə çiçək xəstəliyinə bənzəyən, lakin adətən daha yüngül olan viral xəstəlikdir. Xəstələr yüksək hərarət, əzələ ağrısı, xarakterik səpgi və qaşınma hiss edirlər.

Bunun xüsusi müalicəsi yoxdur, meymun çiçəyi adətən 2-4 həftə ərzində öz-özünə yox olur, lakin ölüm halları da qeydə alınmaqdadır.

Avrozonada inflyasiya rekord vurur

Arxiv fotosu

Eurostat iyulun 29-da bildirib ki, avrodan istifadə edən 19 ölkədə illik inflyasiya ötənaykı 8.6 faizdən qalxıb

İyulda avrozonada inflyasiya səviyyəsi 8.9 faizə yüksələrək yeni rekord vurub. Bu, Rusiyanın Ukraynaya səbəbsiz hücumunun enerji və ərzaq qiymətlərini artırdığı bir dönəmdə baş verir.

Avrodan istifadə edən 19 ölkədə illik inflyasiya ötənaykı 8.6 faizdən qalxıb. Məlumatı Avropa İttifaqının statistika agentliyi – Eurostat iyulun 29-da yayıb.

İnflyasiyanın yüksəlməsinə əsasən enerji və ərzaq qiymətlərində artım səbəb olub. Bu qiymətlərdə ötən illə müqayisədə uyğun olaraq 39.7 və 9.8 faizlik artım qeydə alınıb.

Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayanda dünyada inflyasiyaya təzyiq onsuz da koronavirus pandemiyasına görə yuxarı idi. Buna təchizat və tələbatda gərginlik, istehlakçı əhvalının zədələnməsi, qlobal iqtisadi artıma təhdid səbəb olmuşdu.

Sonucda dünyada inflyasiya dalğası yaranıb.

Davamı

XS
SM
MD
LG