Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:37

Katmanduda polislə əhali toqquşub


Nepalda xilasetmə işləri

-

Frans Pres (AFP) agentliyi xəbər verir ki, Nepalın paytaxtı Katmanduda zəlzələdən salamat çıxanlarla polis arasında toqquşma baş verib.

Agentliyin məlumatına görə, şəhərdən çıxmaq istəyən sakinlər əsas avtobus dayanacağında avtobus olmamasından qəzəblənib, polislə əlbəyaxa olublar.

Aprelin 25-də baş vermiş zəlzələdə ölənlərin sayı 5 mini ötüb və dağıntılar altında qalanların tapılmasına da ümid azdır.

Son 81 ilin ən ağır zəlzələsində 8 mindən çox xəsarət alan olub. Xəstəxanalar aşıb-daşır.

BMT-nin hesablamalarına görə, zəlzələdən 8 milyon insana ziyan dəyib.


XS
SM
MD
LG