Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 05:20

-

Aprelin 27-də Kiyevdə AB liderləri Ukrayna prezidenti Petro Poroshenko ilə görüşəcəklər.

Danışıqlarda fevralda əldə olunmuş Minsk atəşkəs sazişi müzakirə olunacaq.

Ötən il “assosiasiya razılaşması” qüvvəyə minəndən ilk dəfədir AB-Ukrayna sammiti keçirilir. Həmin razılaşma keçmiş prezident Viktor Yanukovych devriləndən sonra imzalanmışdı.

Minsk sazişindən sonra zorakılıqlar səngisə də, hökumət qüvvələri ilə rusiyayönlü separatçıları tərəfindən atəşkəsin pozulması halları qeydə alınır.

Aprelin 26-da Ukrayna ordusu bir əsgərinin öldürüldüyünü, 7-nin yaralandığını bildirib.

Kiyev sammitində Poroshenko-nun atəşkəsə nəzarət üçün Avropa sülhməramlılarına dair xahişi də müzakirə olunacaq.

AB liderləri martda razılaşıblar ki, Minsk sazişi tam yerinə yetirilənədək Rusiyaya qarşı iqtisadi sanksiyalar qaldırılmasın. Rusiya Ukraynanın şərqində silahlıları dəstəkləmədiyini söyləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG