Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:44

Qarabağ üçün Sülh Sazişi hazırlayacaq İşçi Qrup yaratmaq mümkün olmur


Arxiv fotosu: Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev (solda), Serzh Sargsyan-ın (sağda) Rusiyalı həmkarları Vladimir Putinin (mərkəzdə) iştirakı ilə görüşü. Soçi, 10 avqust 2014
Arxiv fotosu: Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev (solda), Serzh Sargsyan-ın (sağda) Rusiyalı həmkarları Vladimir Putinin (mərkəzdə) iştirakı ilə görüşü. Soçi, 10 avqust 2014

.

“Böyük Sülh Sazişi”nə hazırlığa başlamağı çoxları Qarabağ münaqişəsinin həllində ilk addım kimi görür. Amma uzun illərdir tərəflər bu sazişin şərtlərində razılığa bilmir, münaqişənin həll olunmamasında bir-birini ittiham edirlər.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirir ki, Bakı bu saziş üzərində işə başlamağa hazırdır. Aprelin 20-də Lüksemburqda keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı üzrə xarici işlər nazirlərinin 6-cı görüşündə çıxışı zamanı Elmar Məmmədyarov bir daha “Böyük Sülh Sazişi”ndən danışıb. Nazir bildirib ki, Azərbaycan bu sazişi üzərində işə başlamaq, regiona sülh və sabitlik gətirmək üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkliflərinə razılığını dəfələrlə ifadə edib.

“BÖYÜK SÜLH SAZİŞİ”NDƏ TƏRƏFLƏR NƏDƏ RAZILAŞA BİLMİR?

Mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunmasından 21 il ötür. Atəşkəs haqda razılaşma 1994-cü il mayın 8-də Bişkekdə imzalanıb, dörd gün sonra qüvvəyə minib. Atəşkəs sazişindən sonra tərəflər ATƏT-in Minsk Qrupunun iştirakı ilə hazırlanacaq «Böyük sülh sazişi»nə imza atmalı idilər. Ancaq 20 ildən çox müddətdə Minsk Qrupunun iştirakı ilə aparılan danışıqlar səmərəsiz qalıb. Azərbaycanla Ermənistan işğal edilmiş Dağlıq Qarabağ və onun ətrafında 7 rayonun geri qaytarılması ilə bağlı razılığa gələ bilmirlər.

ATƏT-in Minsk Qrupu ölkələrinin liderləri Azərbaycan və Ermənistana bu sazişi imzalamağı tezləşdirməyə çağırırlar.

Hələ 2014-cü ilin noyabrında prezidentlərin Fransa görüşündə prezident François Hollande “Böyük Sülh Sazişi” üzrə hazırılıq işlərinə başlamağın vaxtı çatdığını xatırlatmışdı.

Hikmət Hacıyev
Hikmət Hacıyev

İŞÇİ QRUP NİYƏ YARADILMADI?

Azərbaycan tərəfi bu ilin fevralında “Böyük Sülh Sazişi” ilə bağlı İşçi Qrup yaratmaq təklifini verdi.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyir ki, Ermənistan “Böyük Sülh Sazişi”nə hazırlığı yubatdığı kimi İşçi Qrupun yaradılmasına da əngəl yaratdı:

Gözlə

No media source currently available

0:00 0:01:49 0:00
Direct-ə keçid

“Münaqişənin müxtəlif aspektlərinin İşçi Qrupda müzakirəsi ilə bağlı Azərbaycan öz razılığını bildirdi. Münaqişənin həlli ilə bağlı hətta beynəlxalq təşkilatlar da öz töhfələrinə verə bilərdilər. Amma təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupu Ermənistana səfər etdi və rəsmi Yeravanın İşçi Qrupun yaradılması ilə bağlı cavabı neqativ oldu. Bu da bir daha Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində destruktiv mövqe tutmasına bariz nümunədir”.

Ərəstun Oruclu
Ərəstun Oruclu

AZƏRBAYCAN VƏ ERMƏNSİTANIN MARAĞI

Yeravan da “Böyük Sülh Sazişi”nin imzalanmasını yubatmaqda eyni ilə Azərbaycanı ittiham edir.

Bəs, tərəflərə razılığa gələ bilmək, Dağlıq Qarabağ Münaqişəsinin həllinə nail olmaq üçün daha neçə il gərəkəcək?

Politoloq Ərastun Oruclu düşünür ki, indiki vəziyyətdə həm Azərbaycana, həm də Ermənistana Dağlıq Qarabağ Münaqişəsinin həll edilməməsi sərf edir:

Gözlə

No media source currently available

0:00 0:00:20 0:00
Direct-ə keçid

“Ona görə də tərəflər nəzakətli bəyənatlar verirlər, özlərini münaqişənin həllinə hazır kimi göstərirlər. Əslində isə bu sadəcə bir göstərgidir. Bu barədə Azərbaycan və Ermənistanın ən uğurlu tərəfdarları özləridir. Çünki hər iki tərəfin marağı bunu tələb edir”.

MÜNAQİŞƏ NƏ VAXT HƏLL EDİLƏCƏK?

ATƏT-in Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədri Makis Voridisin fikrincə, Dağlıq Qarabağ Münaqişəsinin həlli yalnız tərəflərin siyasi iradəsindən aslıdır. M. Voridis 2013-cü ilin sonlarında AzadlıqRadiosunun Dağlıq Qarabağ Münaqişəsinin həllinə nə mane olur sualını belə cavablamışdı:

“Dondurulmuş və ya həlli yubadılan münaqişə ilə bağlı tezliklə razılığa gəlməyin önəmini anladıqda və bunu həqiqətən istədikdə nəyəsə nail olmaq mümkündür. Əks halda proses ləng getməkdə davam edəcək”.

“Böyük Sülh Saziş”ndə Dağlıq Qarabağaın yekun statusu, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, Azərbaycanla Ermənistan arasında münasibətlərin gələcəyi barədə prinsiplər əksini tapmalıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG