Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:15

Bakı Sülh sazişi üzərində işi altı aya qurtarmağı təklif edir, Yerevan qarşıdır


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

-

«Azərbaycan Sülh sazişinin hazırlanmasına dair işçi qrupun yaradılması təklifini qəbul edib».

apa-nın məlumatına görə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanda jurnalistlərə belə deyib.

Onun bildirdiyinə görə, həmsədrlər birmənalı bəyan edirlər ki, Dağlıq Qarabağ münaqişəsindəki indiki status-kvo qəbuledilməzdir:

«Axırıncı dəfə Parisdə keçirilmiş görüşdən sonra Fransa prezidenti çıxışında Sülh sazişi üzərində hazırlıq işinin başlanmasının vaxtının çatdığını bildirmişdi. Sülh sazişi üzərində işə başlamaq təşəbbüsü ilə Azərbaycan çıxış edib».

Nazirin dediyinə görə, həmsədrlər də Azərbaycanın bu təklifini dəstəkləyir, bu prosesə başlamağı təklif edirlər:

«Hamı anlayır ki, bu münaqişə ömürlük ola bilməz. Sülh sazişi imzalamaq üçün prosesin bu şəkildə davam etməsi həm çətin, həm də təhlükəlidir. Biz Sülh sazişi üzərində işi altı ay, yaxud bir il ərzində qurtarmalıyıq. Həmsədrlər bu təklifi bizimlə müzakirə etdikdən sonra Yerevana getdilər».

YEREVAN «YOX» DEYİR

Elmar Məmmədyarov Yerevanın bu təklifi rədd etdiyini bildirib:

«Məndə olan məlumata görə, Ermənistan rəhbərliyi bu qrafikə yox deyib. Mən artıq amerikalı həmsədrlə təmasda olmuşam və o mənə bildirib ki, Ermənistan rəhbərliyi təklifi rədd edib, işçi qrupun işə başlamasının, Sülh sazişi üzərində işin başlanmasının əleyhinə çıxış edib. Həmsədrlərbu istiqamətdə işi necə qurmağı çox güman yenidən müəyyənləşdirəcəklər. Biz bu işə başlamalıyıq və nə qədər tez başlasaq, o qədər yaxşıdır. Bu, hamı üçün, eləcə də Ermənistan üçün əlverişlidir. Azərbaycan artıq sülh sazişi üzərində işçi qrupu səviyyəsində addım-addım işin aparılmasına dair bu təklifi qəbul edib. İndi həmsədrlərin üzərinə düşür ki, Ermənistanla hansı dildə danışmaq lazım olduğunu müəyyənləşdirsinlər».

E. Məmmədyarov qeyd edib ki, torpaqlar işğaldan azad ediləndən sonra Azərbaycan dağıdılmış infrastrukturu bərpa edəcək:

«İlk növbədə, Ermənistan hərbçiləri həmin ərazilərdən çıxarılmalı, nəqliyyat, içməli su, infrastruktur məsələləri həll edilməli, məcburi köçkünlər öz yerlərinə qayıtmalıdırlar. Bu məsələdə BMT-nin rolu böyük olmalıdır. Biz Dünya Bankı ilə də vaxtilə işləmişik və torpaqlarımızı bərpa etmək üçün planlarımız var».​

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG