Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:47

Elmar Məmmədyarov: “Optimist ola bilmirəm”


Arxiv fotosu: Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov (sağda) erməni həmkarı Edward Nalbandian-la.
Arxiv fotosu: Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov (sağda) erməni həmkarı Edward Nalbandian-la.

.

“Ermənistan tərəfinin son çıxışları imkan vermir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların vəziyyəti ilə bağlı optimist olum”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 18-də sudanlı həmkarı ilə Bakıda keçirilən görüşdən sonrakı mətbuat konfransında deyib.

Məlumatı APA yayıb.

Nazir bildirib ki, Ermənistan tərəfi aqressiv ritorika ilə məşğuldur:

“Bəlkə bu, daxili auditoriya üçündür. Həmsədrlərin sonuncu səfəri zamanı nəqliyyat və məcburi köçkünlərlə əlaqədar işçi qrupunun yaranması təklif olundu. Bizdə olan məlumata görə, Ermənistan tərəfi bu təklifi rədd edib. Azərbaycanın mövqeyi budur ki, qoşunlar nə qədər tez çıxsa, sülh sazişi o qədər tez imzalanacaq.

Azərbaycan öz inkişafını davam etdirir. Qarsda TANAP layihəsinin təməli atıldı. Bu böyük layihə regionun inkişafı üçün önəmlidir. Ermənistan hansısa layihəyə qoşulmaq istəyirsə, bizim arqumentləri bilir: əsgərlərini işğal olunmuş torpaqlardan çıxarmalıdır!”

Nazir Elmar Məmmədyarov Qarabağda saxlanan 2 azərbaycanlı ilə bağlı məsələyə də münasibət bildirib. Deyib ki, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni diplomatik kanallarla müzakirə edirlər:

“ATƏT-in Minsk Qrupunun həmsədrləri, ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə müavini Viktoriya Nuland və Avropa İttifaqının nümayəndəsi də bu məsələyə toxunub”.

Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev işğal altında olan Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən erməni silahlı qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Separatçı Dağlıq Qarabağ rejimi azərbaycanlı girovlarla bağlı məhkəmə keçirib, Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG