Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:35

Azərbaycan silah almaqda 2-cidir, idxalın 85% Rusiyadandır


Bakıda hərbi parad - 26 iyun 2013
Bakıda hərbi parad - 26 iyun 2013

-

Avropa ölkələrinin silah idxalı 2005-2009 və 2010-2014-cü illərdə 36 faiz azalıb. Avropada Böyük Britaniya iri silahların ən böyük idxalçısıdır (14 faiz). Ondan sonra 13 faizlə Azərbaycan gəlir. Stokholm Beynəlxalq Sülh Tədqiqat İnstitutunun (SIPRI) martın 16-da yaydığı illik hesabatda belə deyilir.

249 FAİZ

Hesabata görə, Britaniyanın silah idxalı bunun müxtəlif regionlarda hərbi əməliyyatlar üçün necə vacib olduğunu göstərir. Məsələn, 2013-cü ildə ABŞ-dan alınmış RC-135 təyyarələri ötən il İŞİD-ə qarşı əməliyyatlarda istifadə olunub.

Ermənistanla Dağlıq Qarabağ münaqişəsi olan Azərbaycan da idxalı artırıb. 2005-2009 və 2010-2014-cü illərdə silah idxalı 249 faiz artıb. Hesabatda ötən il cəbhə xəttində gərginliyin artdığı vurğulanır.

Rusiya Azərbaycanın silah idxalının 85 faizini təşkil edir.

Ermənistanın idxalı isə Azərbaycanınkının cəmi 4 faizi qədərdir. Dağlıq Qarabağdakı silahlı qüvvələrin silahlarını haradan və nə vaxt alması aydın deyil. Ancaq o silahlardan azı bir hissəsini Ermənistanın verdiyi görünür.

ÇİN İXRACA GÖRƏ BİRİNCİDİR

SIPRI-nin hesabatında o da vurğulanırdı ki, Çin dünyada silah ixracına görə Almaniya və Fransanı ötərək 3-cü yerə çıxıb. Birinci yerdə Birləşmiş Ştatlar, ikinci Rusiya gəlir.

2014-cü ildə Birləşmiş Ştatlar adi silahların ixracının 31 faizini həyata keçirib. İkinci yerdə 27 faizlə Rusiya gəlir. Çin isə 5 faizlə üçüncü yerdədir. Pekin cüzi fərqlə Almaniya və Fransanı geridə qoyub.

SIPRI bildirir ki, Çinin ixracının 41 faizi Pakistana gedib. Rusiyanın top alıcısı isə dünyanın aparıcı silah idxalçısı – Hindistan olub. Ən çox müştəri Birləşmiş Ştatlara məxsusdur, Cənubi Koreya ABŞ silahlarının 9 faizini alır.

SIPRI-nin məlumatına görə, bu məlumat ixracın həcmini əks etdirir, silahların ümumi dəyərini deyil.

XS
SM
MD
LG