Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:38

Azərbaycan rəsmisi Ermənistan iqtisadiyyatına töhfədən danışır


Hikmət Hacıyev. Foto: Trend
Hikmət Hacıyev. Foto: Trend

-

«Azərbaycandan olan turistlər Ermənistan iqtisadiyyatına əsaslı töhfə verə bilərlər».

Bu fikri Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə müsahibəsində səsləndirib.

XİN rəsmisi bildirir ki, işğaldan azad olunandan sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar turistlər üçün əsas marşrutlardan birinə çevrilə bilər:

«Xarici turistlərlə bərabər, bu marşrut ilk növbədə ölkədaxili turistlər üçün cəlbedici istiqamətdir. Nəticə etibarilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və Azərbaycan icmasının həyat şəraiti daha da yaxşılaşa və region daha da inkişaf edə bilərdi. Digər qonşu dövlətlərin təcrübəsində olduğu kimi, Azərbaycandan olan turistlər elə Ermənistanın öz iqtisadiyyatına da əsaslı töhfə verə bilərlər».

«Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması SSRİ dövründə Bakı, Gəncə və ya Ağdamdan olan turistlərin səfərlərinin onların yaşayışına nə dərəcədə töhfə verdiyini xatırlayırlar», - Hikmət Hacıyev sözlərinə əlavə edib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bu günlərdə ABŞ mediasına müsahibəsində deyirdi ki, qonşu ölkəyə yatırmağa kifayət qədər pul var.

«Biz qonşulara sərmayə qoyuruq, Ermənistana da sərmayə yatıra, regionda tərəfdaş ola bilərdik», - cənab Süleymanov söyləyib.​

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG