Erməni əsilli amerikan fotojurnalisti Scout Tufankjian Braziliya, Efiopiya, Hindistan və Rusiya kimi 20-dən çox olkədə olub və 8 milyonluq erməni diasporunun portretini cızmağa çalışıb. Onun yeni "Yalnız Dünya var" kitabı aprelin 24-də işıq üzü görəcək
«Yalnız Dünya var»: Erməni diasporunun portreti

1
Koulun parkında üzgüçülük dərsləri Tsim Sha Tsui, Honkonq. Honkonqda və Çində 500-dək etnik erməni yaşayır

2
Cənubi Amerikadakı ən qədim erməni icmalarından biri Uruqvayda məskunlaşıb. Burada 19 000-dək erməni yaşayır. Şəkildə ölkənin paytaxtında yerləşən Müqəddəs Nerses Şnorali, Erməni Apostol Kilsəsinin şagirdləri otaqda oynayır.

3
Gənc erməni qızı Surb Gevorq erməni kilsəsini ziyarət edir. San-Paulu, Braziliya.

4
Balaca Ermənistan - Hollivudun qərbində rayon. Hollivud, Kaliforniya