Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 13:21

Putin Yerevana gedir


Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Yerevanın iddia etdiyi “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı tədbirlərə qatılmaq üçün aprelin 24-də Ermənistana gedəcək.

Ermənistan KİV-lərinin məlumatına görə, Putini Yerevana prezident Serzh Sargsyan dəvət edib.

Səfər çərçivəsində Rusiya və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub.

Görüşdə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, aprelin 24-də Türkiyədə isə Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı ə təntənəli tədbir keçiriləcək.

Rusiyanı həmin tədbirdə Dövlət Dumasının sədri Sergei Narıshkin təmsil edəcək.

XS
SM
MD
LG