Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 01:10

İlham Əliyev Bakıya gətirilən yeni metro qatarlarına baxıb- [Fotolar]

-
Azərbaycan prezidenti İlham Əliyev Bakı Metropolitenində olub. President.az yazır ki, İlham Əliyev Bakı Metropoliteninin elektrik deposunda paytaxta gətirilən yeni qatarlara baxıb.
Fransanın “Alstom” şirkəti ilə “Bakı Metropoliteni” QSC arasında bağlanan müqaviləyə əsasən, 5 vaqondan ibarət 3 qatar alınması nəzərdə tutulub.

Artıq 1 qatar paytaxta gətirilib. Yeni nəsil vaqonların banı paslanmayan metaldandır və bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası keçid var. Bütün vaqonlarda müasir havalandırma sistemi quraşdırılıb.

Vaqonların salonunda qaçan sətir sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.

Davamı

Bölmələr

XS
SM
MD
LG