Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:34

Rusiya polisi aprelin 16-da “Açıq Rusiya” təşkilatının Moskva ofisində axtarış aparıb.

Bu təşkilatı demokratiyaya dəstək məqsədi ilə hazırda mühacirətdə yaşayan rusiyalı oliqarx Mikhail Khodorkovsky təsis edib.

Təşkilat polisin onlara təqdim etdiyi orderin surətini yayıb.

Təşkilat ekstremist fəaliyyətə, həmçinin aprelin 19-da Moskvada müxalifətin mitinqinə çağıran vərəqələr yaymağa hazırlaşmaqda ittiham olunur.

Amma Khodorkovskynın sözçüsü Olga Pispanen “Dojd” televiziyasına bildirib ki, bu qrup heç vaxt 19 aprel mitinqində iştirak etmək fikrində olmayıb.

Rusiyanın müxalifət qrupları aprelin 19-da Moskvada kütləvi yox, tək-tək aksiya keçirəcəklərini bəyan ediblər.

Khodorkovsky hazırda İsveçrədə yaşayır.

O mənimsəmə ittihamı ilə Rusiyada 10-dən çox həbs cəzası çəkib.

O ittihamı rədd edir və məsələnin siyasi motivli olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG