Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 21:28

Aralıq dənizində 400 miqrant batıb


Miqrant qayığı, arxiv fotosu

-

Aralıq dənizində, Liviya sahillərindən uzaqlaşmış miqrant gəmisində 400-dək adamın batdığı bildirilir.

Aprelin 13-də İtaliya sərhədçiləri batan gəmidə 144 miqrantı xilas ediblər, 9 nəfərin isə meyiti tapılıb.

Gəmi aprelin 12-də Liviyadan çıxandan bir gün sonra batıb.

Avropa Birliyinin miqrasiya üzrə komissarı Dimitris Avramopoulos aprelin 14-də Brüsseldə parlamentarilərə deyib ki, AB onun sahillərinə gələn miqrantların artan sayına adaptasiya barədə düşünməlidir.

Aprelin 10-dan Aralıq dənizindən 7 min miqrant xilas edilib.

XS
SM
MD
LG