Aprelin 14-də Bağdadda törədilən 2 partlayışda azı 8 nəfər ölüb.
Rəsmilərin sözlərinə görə partlayışlar minalanmış maşınlarla törədilib.
Xəstəxananın ətrafındakı dayanacaqda törədilən partlayışda 4 nəfər ölüb, 10 nəfərsə yaralanıb.
Mahmudiyyə rayonunda törədilən ikinci partlayışda isə 4 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
Amma Associated Press agentliyinin məlumatına görə, həmin partlayışda azı 7 nəfər ölüb.
Bu məhəllədə əsasən şiələr yaşayır.
Partlayış adamlar çörək növbəsinə dayanarkən törədilib.