Hillary Clinton Amerika prezindetliyinə iddiasını rəsmiləşdirir
Hillary Clintonun öz namizədliyini 2016-cı ildə ABŞ prezidentliyinə irəli sürməsi haqda iddiası rəsmiləşir. 2008-ci ildə Demokratlar partiyasında praymarizi Barack Obamaya uduzan Clintonun daha bir cəhd göstərəcəyi ehtimalı daim müzakirə olunub. 2013-cü ildə Dövlət katibi vəzifəsini tərk edəndə də ehtimallar irəli sürülürdü ki, xanım Clinton bunu prezidentlik iddiası naminə edir. Ötən həftə onun namizədlik uğrunda Demokratların daxili yarışmasına qatılması xəbəri qeyri-rəsmi şəkildə elan olundu. Gözlənilirdi ki, son qərar bazar günü, aprelin 12-də elan olunacaq. Və nəhayət Clintonun seçki kampaniyasına başçılıq edəcək John Podesta öz tvitterində rəsmi qərarı elan edərək yazıb: "Amerika uğrunda Hillary" kampaniyasına başçılıq edəcəyimlə fəxr edirəm. Dərhal da seçki kampaniyası üçn hazırlanmış video yayılıb. Mövzunu ətraflı aprelin 13-də AzadliqLiveTV-də və AzadliqRadiosu.az saytında müzakirə edirik.
Yanğının günahı kimdədir? AzadliqLiveTV forumundakı fikirlər
Təhmasib İsmayıl yazır ki, səbəbi özlərinə sərf edən kimi yozacaqlar.
Elçin Səfərovun fikri allegorikdir: Dollar qalxır, qiymətlər yanır, alovu bu binaya da keçib.
Ayxan Qardaşov baş verənin Azərbaycan üçün təbii olduğunu yazaraq hadisəyə təbii fəlakət kimi baxmağı təklif edir.
Vaqif Məlikov isə günahı nədənsə AZTV-də görür.
Günün sualı ilə bağlı sənin fikrin nədir? FB müzakirələrinə qoşul
Sibir yanğınında onlarla şəhər və kənd məhv olub
Rusiyanın Xakasiya regionunda yanğınlarda 15 nəfər həlak olub. Onlarla şəhər və kənddə 1200-dən çox ev yanıb. Səhiyyə nazirliyinin rəsmisi deyib ki, 78 nəfər xəstəxanaya yerləşdirilib, səkkizi ağır vəziyyətdədir. Ətraflı TV reportajda (FOTOSESSIYAYA BAX)
İrana C-300 Rusiya raket sistemləri satılır
Qərbin İrana qarşı sanksiyalarının yumşaldılması haqda sazişin mürəkkəbi hələ qurumamış, Putin İslam Respublikasına C-300 raket sistemlərinin satışına Mevedyevin qoyduğu qadağanı ləğv edib. Belə bir müqavilə Rusiya ilə İran arasında hələ 2007-ci ildə bağlanmışdı, lakin BMT-nin qərarından sonra alqı-satqı sövdələşməsi Rusiya tərəfindən dayandırılmışdı.