Putin vaxtilə deyirdi Krım - Ukraynadır
Bu müsahibəni Rusiya prezidenti 2008-ci ildə, Rusiya Gürcüstana müdaxilə edəndən sonra demişdi. Alman TV-na müsahibə əsnasında jurnalist soruşur ki, Rusiyanın növbəti hədəfi Krımdırmı? Vladimir Putin sualın düzgün qoyulmadığını bildirir, "növbəti hədəf" ifadəsinə etiraz edir və jurnalisti əmin edir ki, Krımı Ukraynanın ərazisi kimi tanıyan Rusiya orada heç bir millətlərarası münaqişə görmür. AzadliqLiveTV Putinin 7 il əvvəl və indi dediklərini müqayisə edir. Texniki səbəblərdən bu gün efirə nəzərdə tutualn süjet aprelin 14-ə təxirə salındı. Bizi sabah da izləməyi unutma
Roma Papasının "soyqırım" ifadəsinə Azərbaycan FB-u cavab verir
Ərəstun Oruclu: İnkvizisiya və Holokost kimi cinayətlərdə Vatikan bilavasitə iştirak etdiyi halda, Türkiyə həmin cinayətlərin qurbanlarını xilas edirdi.
Erkin Qədirli - "Soyqırım" Türkiyədən çox, Azərbaycana təhlükədir.
İlham Şaban - Azərbaycanın Vatikanda səfiri varmı?
Niman Əsgərov Şeyx Allahşükür Paşazadə niyə susur?
Fazil Mustafa - 24 aprel Türkiyə Azərbaycan həmrəyliyi.
Ətraflı AzadliqLiveTV-də və ya burada oxu
İrana C-300 Rusiya raket sistemləri satılır
Qərbin İrana qarşı sanksiyalarının yumşaldılması haqda sazişin mürəkkəbi hələ qurumamış, Putin İslam Respublikasına C-300 raket sistemlərinin satışına Mevedyevin qoyduğu qadağanı ləğv edib. Belə bir müqavilə Rusiya ilə İran arasında hələ 2007-ci ildə bağlanmışdı, lakin BMT-nin qərarından sonra alqı-satqı sövdələşməsi Rusiya tərəfindən dayandırılmışdı.
Sibir yanğınında onlarla şəhər və kənd məhv olub
Rusiyanın Xakasiya regionunda yanğınlarda 15 nəfər həlak olub. Onlarla şəhər və kənddə 1200-dən çox ev yanıb. Səhiyyə nazirliyinin rəsmisi deyib ki, 78 nəfər xəstəxanaya yerləşdirilib, səkkizi ağır vəziyyətdədir. Ətraflı TV reportajda (FOTOSESSIYAYA BAX)