Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 19:07

Anti-İslam hərəkatı Londonda aksiya keçirdi


-

Pegida anti-Islam hərəkatı Londonda ilk yürüşünü keçirib.

Pegida (Avropa vətənpərvərləri Qərbin islamlaşmasına qarşı) hərəkatı Almaniyada yaradılsa da, başqa Avropa ölkələrinə də şaxələnir.

“İndependent” qəzeti yazır ki, yürüşün məqsədi “müsəlmanların Avropa Birliyi ölkələrinə axınının və radikal islamın necə böyük təhlükə olduğuna diqqət çəkmək"dir.

Almaniyada olduğu kimi Londonda Pegida ilə eyni gündə UAF anti-irqçi hərəkatı da aksiya keçirib və Pegidanı iştirakçı sayına görə üstələyib.

Toqquşmalara imkan verməmək üçün London polisi tərəflər arasında canlı sədd yaradıb.

Bundan əvvəl Pegida Nyukaslda da aksiya keçirmiş və aksiyaya 400 nəfər qatılmışdı.

Pegida İspaniyada da aksiyalar keçirməyə çalışır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG