Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:39

Orta əsrlərin səsi


«İki simdən ibarətdir. Barmaqla çalırsan. Saza oxşayır. İmkanları da azdı...»
«İki simdən ibarətdir. Barmaqla çalırsan. Saza oxşayır. İmkanları da azdı...»
On beş il öncə Musiqi Akademiyasının nəzdində yaradılmış qədim musiqi alətləri laboratoriyası orta əsrlərdə ifa olunmuş qədim alətlərin bərpası ilə məşğuldur. Laboratoriyada bərbəd, rübab, qopuz, çoğur, tulum, çəngin kimi alətlər bərpa olunub. On il öncə yaradılmış eyni adlı ansambl isə onların dilləndirilməsi ilə məşğuldur. Hazırda laboratoriyada XIII-XIV əsrlərdə yaşamış Səfiəddin Urməvinin ixtira etdiyi iki çalğı aləti nüshə və muğni bərpa edilməkdədir. Təxminən 108 simli olan nüshə kanon və çəngin qarışığından yaranıb. İndiyədək on qədim çalğı alətini bərpa etmiş laboratoriya müdiri Məcnun Kərimov deyir ki, böyük imkanlara malik alətdir: «O zaman simli alətlərə maraq böyük olduğundan Səfiəddin Urməvi nüshəni yaradıb».


Simlər bağırsaqdan hazırlanıb deyə xüsusi otaq şəraitində çalınmalıdır. Çox rütubətli yerdə tez kökdən düşür. 15-20 dəqiqədən bir köklənməlidir
Məcnun Kərimov əmindir ki, çox keçməz üç-dörd aya dinləyicilər orta əsrlərin daha iki yadigarını dinləmək imkanı qazanarlar. Amma bu heç də hamısı deyil…

Unudulmuş musiqi alətlərinin bərpası ilə yanaşı başqa bir laboratoriyada orta əsr Azərbaycan bəstəçisi Əbu Nəsir Məhəmməd ibn Tərhan Fərabinin bəstələri şifrələnir. Bu işlə fizika-riyaziyyat elmləri namizədi Şamil Hacıyev və bir neçə sənətşünas məşğuldur. Təəccüblənməyin. Orta əsrlər Şərqində not olmadığından bəstələr qədim hesab üsulu sayılan əbcət üsulu ilə kağıza köçürülürmüş. Türkiyənin «Topqapı» muzeyində saxlanan həmin bəstələri nota çevirmək o qədər də asan olmayıb. İşə isə bir neçə il öncə Əbdülqədir Marağayinin üç əsərindən başlayıblar: «Qədim Türk», «Heydərnamə» və «Naxışbəstə». «Şifrəni Türkiyədə də, Orta Asiyada da açıblar. Amma, onlar hissə-hissə açsalar da, Azərbaycanda tam mətn açılıb».


Fərabinin bəstələrisə gələn ilin ortalarında musiqisevərlərə təqdim olunacaq. Qədim musiqi alətlərinin ifaçısı olan İlkin Həsənovdur hər bir alətin özünəməxsus xüsusiyyəti olduğunu bildirir: «Simlər bağırsaqdan hazırlanıb deyə xüsusi otaq şəraitində çalınmalıdır. Çox rütubətli yerdə tez kökdən düşür. 15-20 dəqiqədən bir köklənməlidir».


Natiq Əliyev şirvan tənburunu çalır. Bu alət XIX əsrin yarısına kimi çalınıb: «İki simdən ibarətdir. Barmaqla çalırsan. Saza oxşayır. İmkanları da azdı. Az imkanla çox iş görmək cəhdi məni cəlb etdi».


Laboratoriya müdiri Məcnun Kərimovun dediyinə görə onu bu işə sövq edən indiyədək diləmədiyi çalğı səsini eşitmək istəyi olub: «İlk hazırladığım rud olub. Ölçüləri sənətkarlara versəm də düzəldə bilmədilər. Maraq məcbur elədi özüm düzəltdim. Sonra bərbədi. Bu aləti dilləndirəndə elə bil möcüzə ilə üzləşdim. Üzü balıq dərisi, simləri ipəkdən və heyvan bağırsağından hazırlanıb. Səsin axarına düşdüm».


Dediyinə görə, qədim alətlərdən eşitdiyi çalğı səsi onu Məcnuna döndərib və bu eşqi yavaş-yavaş başqalarına da ötürüb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG