Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:11

Alp dağlarındakı qəzanı pilot qəsdən törədib


Foto arxiv
Foto arxiv

-

Fransa prokurorluğu bəyan edib ki, Alp dağlarına düşən Airbus təyyarəsinin ikinci pilotu qəzanı qəsdən törədib.

Marselin prokuroru Brice Robinin sözlərinə görə, Almaniya vətəndaşı olan 28 yaşlı pilot Andreas Lyubits qəsdən yüksəkliyi azaldıb, eniş edib.

Qəzadan az əvvəl birinci pilot kabini tərk edib, qayıdanda qapını aça bilməyib. Prokuror deyir ki, Lyubits qəza anınadək sağ olub, qara qutudakı yazıda onun nəfəsi eşidilirmiş.

Səs yazısında çoldə qalan pilotun qapını döyəclədiyi də eşidilir.

Germanwings şirkətinə məxsus A320 təyyarəsi martın 24-də Barselonadan Düsseldorfa uçarkən Fransada, Alp dağlarında qəzaya uğrayıb.

Təyyarənin qəflətən sürətlə yüksəkliyi itirdiyi və qəza anınadək 8 dəqiqə düşdüyü bildirlir.

Qəza təyyarəsindəki 150 nəfərin hamısı həlak olub. Onların əksəriyyəti Almaniya və İspaniya vətəndaşlarıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG