Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:29

Alp dağlarında qəzaya uğramış təyyarənin qara qutusu tapılıb


Foto arxiv
Foto arxiv

-

Martın 24-də Fransada – Alp dağlarda qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb.

“Germanwings” airbus A320 təyyarəsinin yaxşı hava şəraitində niyə qəzaya uğramasının səbəbi qara qutunun tədqiqindən sonra məlum olacaq. Hələliksə, qəza yerində axtarış və tədqiqatlar aparılır.

Fransalı prokuror Brice Robin bildirib ki, tapılan qara qutu təhqiqat üçün Araşdırma və Analiz Bürosuna təhvil verilib:

“Qara qutu zədələnib və tam nəticələr əldə etmək üçün bir neçə gün vaxt lazım olacaq”.

TERROR, QƏZA, YOXSA..?

Uçuş məlumatlarının qeydə alındığı ikinci qara qutu hələlik tapılmayıb. Mütəxəssislər, özəlliklə, təyyarənin eniş qərarı verməsinin səbələrini araşdırır. Çünki enişlə bağlı hər hansı təhlükə siqnalı göndərilməyib, üstəlik yerdən təyyarə heyyəti ilə əlaqə cəhdləri də cavablandırılmayıb.

Lufthansa rəsmiləri hadisənin “qəza” ehtimalı üzərində çalışırlar. Şirkət olayı bədbəxt hadisə adlandırıb.

Fransanın daxili işlər naziri Bernard Cazeneuvesa deyir ki, istintaq bütün versiyaları araşdırır, amma bunun terror aktı olması ağlabatan deyil.

TƏYARRƏDƏ 150 NƏFƏR SƏRNİŞİN OLUB

Qəzada təyyarənin göyərtəsindəki hər kəsin vəfat etdiyi ehtimal olunur. Təyyarədə olan sərnişinlərin əksəriyyəti – 72 nəfəri alman, 35-i ispan vətəndaşılarıdır. Ümumilikdə, 150 nəfər sərnişin arasında Böyük Britaniya, Hollandiya, Kolumbiya, Meksika, Yaponiya və digər ölkələrin vətəndaşları da olub.

Sərnişinlər arasında opera müğənniləri 54 yaşlı Oleg Bryjak və 33 yaşlı Maria Radner də olub. Onlar öz evlərinə – Düsseldorfa gedirdilər. Maria Radnerin həyat yoldaşı və iki azyalı uşağı da təyyarədə olub.

Qəzaya düşən təyyarə Barselonadan Düselldorfa uçurdu.

Qəza ilə bağlı İspaniyada 3 günlük matəm elan edilib. Fransa prezidenti Francois Hollande, onun Almaniyadan və İspaniyadan olan həmkarları martın 25-də qəza yerinə baş çəkiblər.

PİLOTLAR UÇUŞLARDAN İMTİNA EDİB…

Qəzadan sonra Germanwings şirkətinin pitoları bəzi uçuşlardan imtina ediblər. Şirkətin icraçı direktoru Thomas Winkelmann martın 25-də təyyarə qəzası ilə bağlı mətbuata açıqlamasında deyib ki, qəzadan sonra şirkətin bəzi pilotları uçuşlardan imtina edib:

Bəzi emosional səbəblərdən Germanwings-in uçuş heyyəti, pilotları dünən və bu gün uçuşlardan imtina edib. Biz onları anlayırıq. Biz kiçik bir ailəyik, hadisə bizim təyyarə heyətinə və pilotlara pis təsir edib. Biz araşdırmaların nəticələrini mümkün qədər tez əldə etmək üçün dünyanın ən yaxşı mütəxəssislərini toplamışıq”.

Germanwings şirkəti bildirib ki, təyyarə normal uçuş həddinə çatdıqdan 1 dəqiqə sonra 8 dəqiqə ərzində yüksəkliyini itirməyə başlayıb.Amma bunun səbəbi hələlik bəlli deyil. Qəza dəniz səviyyəsindən 2 min metr yüksəklikdə baş verib. Buna görə də cəsədlərin axtarışı bir neçə gün vaxt apara bilər.

Germanwings şirkəti Lufthansanın törəmə şirkətidir.

Bu, Fransada son 40 ildə ən böyük təyyarə qəzasıdır. 1974-cü ildə Türkiyə Hava Yollarının təyyarəsi qəzaya uğramışdı və 346 nəfər ölmüşdü.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG