Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:06

Bütün Naxçıvanda reydlər keçirilir


Hazırda MR-da istifadə edilən enerjinin əksər hissəsi Türkiyə və İrandan alınır
Hazırda MR-da istifadə edilən enerjinin əksər hissəsi Türkiyə və İrandan alınır
Naxçıvan Muxtar Respublikasında (MR) ümumrespublika reydləri keçirilir. Reyd qruplarına MR Daxili İşlər Nazirliyinin, Respublika Prokurorluğunun və Energetika Agentliyinin yüksək vəzifəli məmurları daxil ediliblər. Məqsəd enerji israfçılığının qarşısını almaq üçün evlərdə istifadə edilən spirallı, yəni standartlara uyğun gəlməyən qızdırıcı cihazların toplanılmasıdır. Reydlər əhali arasında birmənalı qarşılanmır. Evində təbii qazı, elektrik sayğacı olanlar belə tədbirləri sükutla qarşılayırlar, çünki, onlar istifadə etdikləri enerjinin pulunu sayğaclarla ödəyirlər və ucuz olduğu üçün daha çox təbii qazdan istifadə edirlər. Alternativ yanacaqları olmadığından məcbur qalıb yalnız elektriklə işləyən plitələrdən istifadə edənlər isə çıxılmaz vəziyyətə düşüblər.
Hazırda MR-da istifadə edilən enerjinin yalnız 30-40 faizi yerli imkanlar hesabına təmin edilir. Qalan elektrik enerjisi isə Türkiyə və İrandan alınır
Üstəlik onlar reydlər zamanı təzyiqlərə də məruz qaldıqlarını bildirirlər.

Şərur rayonunun Düdəngə kənd sakini birinci qrup Qarabağ əlili Cəbrayıl Məmmədov deyir ki, 3 körpə uşağım var, kəndə qaz çəkməyiblər, həyətimdəki ağacları ötən qışda kəsib yandırmışam, neft almağa da pulum yoxdur. İndi mən nə etməliyəm? Bir ayağımı da döyüşdə itirdiyim üçün işləyə bilmirəm. Ayda da 50 manat təqaüd alıram. Onun da elə oradaca 14 manatını işıq puluna tuturlar. Qarabağ əlili deyir ki, evinə icazəsiz girmək istəyənlərə və həyat yoldaşına həddən artıq kobud davrananlara etirazını bildirdiyi üçün polis tərəfindən həm döyülüb həm də heç bir günahı olmadığı halda yaralı vəziyyətdə 8 saat Şərur rayon polis bölməsində saxlanılıb.

Belə narazılıqlar çoxdur. MR Daxili İşlər Nazirinin müavini Qaçay Məmmədov deyir ki, bəzi rayonlara keçirilən reydlərdə onun özü də iştirak edib. Hətta dövlət idarələrində də enerjidən israfçılıqla istifadə edildiyinin şahidi olub.


MR Energetika Agentliyinin rəhbəri Yasin Səfərovun sözlərinə görə standartlara uyğun olmayan qızdırıcı cihazlar biri gün ərzində 20 kilovata yaxın enerji istifadə edir ki, bu da enerji israfçılığı deməkdir.


İsrafçılığa yol verməmək üçün bazarlarda da reydlər keçirilir. Satılan qızdırıcı spirallar müsadirə edilir. Naxçıvan şəhər polis şöbəsinin bölmə rəisi Əşrəf İbrahimov deyir ki, təkcə Naxçıvan şəhərində keçirilən reydlərdə 1200-ə yaxın qeyri standart qızdırıcı cihaz yığılıb.


Muxtar Respublikada evində sayğacı olmayanlar hər evə 12-16 manat məbləğində işıq pulu ödəyirlər. Hazırda MR-da istifadə edilən enerjinin yalnız 30-40 faizi yerli imkanlar hesabına təmin edilir. Qalan elektrik enerjisi isə Türkiyə və İrandan alınır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG