Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:17

AzadlıqLive 20 mart

Axşam saat 8-də günün əsas mövzuları haqda reportajlar, müsahibərlər, şərhlər və təhlillər AzadliqRadiosunun 30 dəqiqəlik radioefirində

AzadlıqLive-da axşam saat 8-də bu mövzuları müzakirə etdik:

-Prezident Ilham Əliyev deyir ki, Azərbaycana təzyiq etmək istəyənlər üçün Avropa Oyunları sadəcə bəhanədir: “Olimpiya Oyunlarını keçirmək üçün yeddi il vaxt verilir. Biz isə cəmi iki il yarıma, ən aşağı büdcə ilə bunu edirik. Dünən Avropanın mərkəzində nümayişçilərin etirazına səbəb bir binanın inşası olmuşdu. Bizim bütün Avropa Oyunlarına hazırlıq işlərinə xərclədiyimiz vəsait bir binaya xərclənib. Bəs haradadır “Transparency International”? Niyə bu işlərdə öz sözünü demir? Avropada nəqliyyatla bağlı bir infrastruktur obyekti var. On ildir inşa edilir. Bizim Avropa Oyunlarının hazırlanmasına xərclədiyimizin ikiqatı qədər oraya pul xərclənib, hələ ki, tikintisi qurtarmayıb. Bəs niyə bu barədə danışmırlar? Niyə bu barədə yazmırlar? Bu, ritorik suallardır. Ancaq biz bu sualları verməliyik və veririk”

-Prezidentin dediklərinə reaksiyalar

-Sürücünün avtobusa mindirməkdən imtina etdiyi, əlil arabasında gəzən oğlanla müsahibə

-Kadyrovla FSB arasında uçurum yaranıb- Qərb mediasının icmalı

-Vikinq məzarından tapılan üzükdə Allahın adı yazılıb

-Naxçıvanda torpağı icbari sığorta edirlər, ancaq təbii fəlakət olanda sığortanı vermirlər

-Broyler toyuqları ildən-ilə niyə şişir? -Dünyadakı təmayül xarici ekspertləri narahat edir

Və AzadlıqLİVE-də Günün sualı – Xaricdən və daxildən Azərbaycanda durumu tənqid edənlər təzyiq göstərmək istəyirlər yoxsa həqiqətən vəziyyətin yaxşılaşmasını istəyirlər?

Müzakirələrə sən də qoşul, SORĞUda iştirak et BU LİNKDƏ səsvermənin hazır cavablarından birini seç. Facebook-da müzakirələrə qoşul

AzadlıqLive proqramını BURADA DİNLƏ

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. AzadliqLive, gün ərzində isə onun bloqunu burada izlə. Verilişin audio yayımı da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

20:47 20.3.2015

Ölkənin inkişafının göstəricisi nədir? Olimpiya oyunları yoxsa insana münasibət?

Martın 20-də AzadlıqLive-da: Azərbaycan prezidentinin xarici tənqidlərə sərt cavabı, politoloq Hikmət Hacızadənin prezidentin çıxışına fəlsəfi münasibəti, toyuqların şişməsi bütün dünyada problemdir, Naxçıvanda zorla torpağı sığorta etdirirlər, ancaq təbii fəlakət olanda sığortanı vermirlər, üstündə "Allah" yazılan üzük

Gözlə

No media source currently available

0:00 0:26:03 0:00
Direct-ə keçid


17:33 20.3.2015

1950-ci illərdə 900 qram olan broyler toyuğu indi 4200 qram olub

ABŞ-da 2014-cü ilin sonlarında yayımlanan araşdırmaya görə 1950-ci illərdə ABŞ-da 56 -günlük broyler toyuq 900 qram olurdusa, 2005-ci ildə 4200 qram olub. Tədqiqatçılar bildirir ki, toyuq ətinə, xüsusilə də döş ətinə təlabat nə qədər çox olursa, broyler toyuqların da həcmi o qədər böyük olur. AzadlıqLive-da

17:09 20.3.2015

Naxçıvanda sığorta əjdaha kimi suyun qabağını kəsir

Babək rayon Nehrəm kənd sakini Məhəmməd Məmmədov deyir ki, hər il 10 hektara yaxın taxıl əkir. O bildirir ki, hər dəfə də ondan müxtəlif yollarla sığorta pulu alıb, əvəzində heç bir sənəd təqdim etmirlər: “ Hər dəfə taxılı suvaranda hektara 10 manat sığorta, 6 manat da supulu alırlar. Verməsən, su da vermirlər, əkin yanır. Məcbur olub veririk. Oturub orada, deyir ki, verməsən su da yoxdu. Bu pulu da qeyri-qanuni alırlar. Heç bir sənəd təqdim etmirlər. Keçən il mən şikayət etmişdim, dedilər sən qarışma. Əgər, nəyəsə qiymət qoyulursa, nazirlər kabinetinin, yaxud prezidentin bununla bağlı qərarı olmalıdı. Həmin qərarı istəyirəm, vermirlər. Bizdən aldıqları pulun qarşılığında sənəd vermirlər ki, ziyan dəyəndə də gedib əvəzin alaq. Belə hal olanda deyirlər ki, bizimlə müqavilən yoxdur deyə, heç nə ödəyə bilmərik. "Ətraflı AzadlıqLive-da

16:49 20.3.2015

HİKMƏT HACIZADƏ: “İLHAM ƏLİYEV KÜSÜB, AVROPAYA DƏRS DEYİR”

Politoloq Hikmət Hacızadə ölkə prezidenti İlham Əliyevin martın 19-dakı çıxışına münasibət bildirib: “Gəl, dünyanı başa sal ki, biz düz edib jurnalistləri həbsxanaya doldururuq, ya düz edib seçkiləri pozuruq…” AzadlıqLive-da

Hikmət Hacızadə
Hikmət Hacızadə

Davamı

XS
SM
MD
LG