Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:09

AzadlıqLive 20 mart

Axşam saat 8-də günün əsas mövzuları haqda reportajlar, müsahibərlər, şərhlər və təhlillər AzadliqRadiosunun 30 dəqiqəlik radioefirində

AzadlıqLive-da axşam saat 8-də bu mövzuları müzakirə etdik:

-Prezident Ilham Əliyev deyir ki, Azərbaycana təzyiq etmək istəyənlər üçün Avropa Oyunları sadəcə bəhanədir: “Olimpiya Oyunlarını keçirmək üçün yeddi il vaxt verilir. Biz isə cəmi iki il yarıma, ən aşağı büdcə ilə bunu edirik. Dünən Avropanın mərkəzində nümayişçilərin etirazına səbəb bir binanın inşası olmuşdu. Bizim bütün Avropa Oyunlarına hazırlıq işlərinə xərclədiyimiz vəsait bir binaya xərclənib. Bəs haradadır “Transparency International”? Niyə bu işlərdə öz sözünü demir? Avropada nəqliyyatla bağlı bir infrastruktur obyekti var. On ildir inşa edilir. Bizim Avropa Oyunlarının hazırlanmasına xərclədiyimizin ikiqatı qədər oraya pul xərclənib, hələ ki, tikintisi qurtarmayıb. Bəs niyə bu barədə danışmırlar? Niyə bu barədə yazmırlar? Bu, ritorik suallardır. Ancaq biz bu sualları verməliyik və veririk”

-Prezidentin dediklərinə reaksiyalar

-Sürücünün avtobusa mindirməkdən imtina etdiyi, əlil arabasında gəzən oğlanla müsahibə

-Kadyrovla FSB arasında uçurum yaranıb- Qərb mediasının icmalı

-Vikinq məzarından tapılan üzükdə Allahın adı yazılıb

-Naxçıvanda torpağı icbari sığorta edirlər, ancaq təbii fəlakət olanda sığortanı vermirlər

-Broyler toyuqları ildən-ilə niyə şişir? -Dünyadakı təmayül xarici ekspertləri narahat edir

Və AzadlıqLİVE-də Günün sualı – Xaricdən və daxildən Azərbaycanda durumu tənqid edənlər təzyiq göstərmək istəyirlər yoxsa həqiqətən vəziyyətin yaxşılaşmasını istəyirlər?

Müzakirələrə sən də qoşul, SORĞUda iştirak et BU LİNKDƏ səsvermənin hazır cavablarından birini seç. Facebook-da müzakirələrə qoşul

AzadlıqLive proqramını BURADA DİNLƏ

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. AzadliqLive, gün ərzində isə onun bloqunu burada izlə. Verilişin audio yayımı da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

16:45 20.3.2015

UEFA Çempionlar liqasında püşk atılıb

Martın 20-də UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin püşkatma mərasimi olub. Növbəti mərhələdə

PSG (Fransa) – “Barcelona” (İspaniya)

“Portu” (Portuqaliya) – Bayern (Almaniya)

“Yuventus” (İtaliya) – “Monako” (Fransa)

“Real” (Madrid) – “Atletiko” (Madrid) qarşılaşacaq.

İlk oyunlar aprelin 14-15-də, cavab oyunları aprelin 21-22-də keçiriləcək. Çempionlar Liqasının final oyunu iyunun 6-da Berlində Olimpiya Stadionunda olacaq.

14:55 20.3.2015

Dünyada broyler toyuqlarının ildən-ilə şişməsi təmayülü gedir

Bütün dünyada broyler toyuqlarının ildən ilə çəkisinin artması müşahidə olunur. Bunu ABŞ-da ekspertlər statistik göstəricilər əsasında problem kimi qaldırırlar.Bu yaxınlarda Azərbaycanda da broyler toyuqlarının şişməsi ilə bağlı video qızğın müzakirələrə səbəb oldu. AzadlıqLive-da

14:46 20.3.2015

Naxçıvanda torpağa sığortanı niyə vermirlər?

Naxçıvanda torpağı məcburi sığorta edirlər, ancaq təbii fəlakət olanda nədənsə, sığortanı vermək yadlarına düşmür. AzadlıqLive-da

14:34 20.3.2015

İsveçdə İX əsr məzarından tapılan üzükdə Allahın adı yazılıb

İsveçdə 9-cu əsrə və vikinqlərə aid olan bir qadın məzarından üstündə “Allah” yazılan üzük tapılıb. Dəqiq deyilsə, bir hissəsi pozulmuş yazı “Allahdan başqa ilahi yoxdur” və ya “İnşallah” kimi oxuna bilər, ancaq istənilən halda, burda Allahın adı var. Bu tapıntı nə deməkdir? Bu, tarixçilərin fikrincə, vikinqlərlə müsəlman dünyası, türk dünyası, və ola bilsin ki, Xəzər sahilləri arasında əlaqələri göstərir. AzadlıqLive-da

Davamı

XS
SM
MD
LG