Güllələndiyi deyilən əsgərin atası danışır...
Prokurorluq məlumat verib ki, Azərbaycan əsgəri özü-özünü alnından vurub. Atası ağır yaralı oğluna baxanda görüb ki, güllər yarası arxadan dəyib və iddia edir ki, oğlunu hərbi hissənin komandiri güllələyib.
Putin haradadır?
Rusiyanın sosial mediasında prezident Putinin axtarışı gedir. Rusiya prezidenti Qazaxstandakı sammitə getmədi. Kremlin təmsilçisi, cənab Peskov prezidentin sağ-salamat olduğu haqda bəyanat versə də, internet istifadəçiləri onun sözlərindən daha da şübhəyə düşüblər. Hamı canlı Putini görmək istəyir. Kremlin rəsmi saytında Putinin region liderləri ilə görüşdüyü xəbərdə verilən fotonun əslində 1 həftə əvvəl çəkildiyi deyilir. Şayiələr, ehtimallar və istehzalar dənizində bircə damla da olsun əsaslı fakt tapmaq müşkülə çevrilib. Putinin 10-ca saniyə canlı yayımda görünməsi bütün dedi-qodulara son qoya bilərdi. Lakin bu hadisə, nədənsə, baş vermir. Kremlin rəsmi saytında sonuncu xəbər Putinin Ermənistan prezidenti ilə telefon danışığı haqdadır. Bildirlir ki, tərəflərin atom enerjisi və qaz təminatı haqda söhbəti olub, Ermənistanın Avroasiya Gömrük İttifaqına qoşulması məsələsi müzakirə olunub. Putini axtaranlara AzadliqLive da qoşulub, axşam saat 8-də Rusiya prezidenti ətrafında baş verənlərə aydınlıq gətirməyə çalışacağıq, əgər nəyisə aydınlaşdırmaq mümkün olsa.
Azadliqda qal
Facebook-da müəllimlərin maaş məsələsini müzakirə edirik. Müzakirələrə sən də qoşul!
Millət vəkili Hadı Rəcəbli təkzib edir
Trendə verdiyi müsahibədə Hadı Rəcəbli az maaş alan müəllimlərə işdən sonra bənnalıq edən pedaqoqu nümunə gətirir. Onun sözləri sosial şəbəkədə rezonans doğurub. Millət vəkilinin sözlərini "Müəllim işdən sonra daş daşısın" kimi yozmağa başlayıblar. Hadı Rəcəbli medianın reaksiyasını tənqid edir, deyir onu düz başa düşməyiblər. AzadliqLive günün ancaq hadisələrinin əksi deyil, virtual dünyada baş verənlər də burada əksini tapır