AzadliqLive - martın 9-da öz işinə başlayır. Ölkədə və dünyada baş verən xəbərləri bu bloqdan izləyə bilərsiz.
Dadayev Nemtsovun qətlində iştirakını boynuna alıb
Rusiyada müxalif siyasətçi Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev etirafedici ifadələr verib. Bu haqda işə baxan hakim məlumat verib.
Günün sualını Facebook-da soruşuruq:
26-lar və 91-lərdən sonra Azərbaycan siyasi səhnəsində yeni "digital qüvvə" - 125-lər
"Milli Məclisdə təmsil olunmaq üçün təşkilatlandıq. 2014-cü il fevralın 14-də “Sevgililər günü"ndə xalqımıza, vətənimizə sevgilərlə bu klubu təsis etdik..." 125-lər siyasi klubu payızda keçiriləcək parıament seçkilərində deputat mandatlarına iddialıdır.
Onların arasında çoxlu görkəmli şəxslər var. Azərbaycan siyasi səhnəsinə yeni nəfəs gətirməyə çalışan bu klubun NƏHƏNG HAKİMİYYƏT VENTİLYATORU qarşısında aiqbəti necə olacaq? AzadliqLive-da yeni siyasi klub haqda danışırıq