Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 02:32

Ermənistan Putinin "Yeni SSRİ" layihəsində yoxdur?


-

Ermənistan prezidenti Serzh Sarkisian Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin liderlərinin martın 12-də Astanada planlaşdırılan sammitinə getməyib.

Bunu AzadlıqRadiosunun Ermənistan xidmətinə xarici işlər nazirinin müavini Shavarsh Kocharian deyib. O, bildirib ki, Serzh Sarkisian Ermənistanın maraqlarını nəzərə alaraq bu sammitə qatılmayıb.

Sammitdə Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti A.Lukashenka və ev sahibi, Qazaxıstan prezidenti Nursultan Nazarbayev də iştirakı gözlənilirdi. Amma Putinin xəstələnməsi səbəbindən sammit bir neçə günlük təxirə salınıb.

Tədbir hələ təxirə salınmazdan öncə Ermənistan liderinin ora qatılmayacağı deyilirdi. Səbəb isə aydın deyil.

Ermənistan AİB-ə 2015-ci ilin əvvəlində qoşulub. S. Kocharian deyir ki, bu üç ölkənin öz aralarında problemləri var və bunu da gizlətmirlər:
"Biz sadəcə olaraq bu birliyin üzvü olduq və bizim bu dövlətlərin və ya AİB-in özü ilə hansısa poblemimiz yoxdur".

Rəsmi Kreml öz veb-saytında sammitlə bağlı məlumat yerləşdirib. Orada deyilir ki, sammitdə tərəflər hazırki vəziyyəti, Rusiya, Belarus və Qazaxstan arasında ticari və iqtisadi əməkdaşlığın perspektivlərini, Avrasiyaya inteqrasiya prosesini, eləcə də dünya iqtisadiyyatının hazırkı durumunun bu ölkələrə təsirini müzakirə ediblər. .

SARKİSİAN GÖRÜŞƏ DƏVƏT OLUNMAYIB?

Bəzi erməni media orqanları yazır ki, Sarkisian heç Astana görüşünə dəvət də almayıb.

Məsələn, "168 Zham" saytı yazır ki, Sarkisianın görüşə dəvət almamasının kifayət qədər səbəbləri var.

Serzh Sarkisian
Serzh Sarkisian

"Zhamanak" xəbər saytı isə Ermənistanın unudulmadığı, sadəcə kiminsə Ermənistanı xatırlamadığı qənaətindədir.

"Zhoghovurd" qəzeti isə Sarkisianın bu tədbirə qatılmamasını "rəzalət" adlandırıb:

"Ermənistan batmaqda olan Avrasiya İqtisadi Birliyi adlı gəminin 4 sərnişinindən biridir. Digər 3 sərnişin bir yerə toplanıb gələcək əməkdaşlıqlarını müzakirə edirlərsə, deməli 4-cü sərnişinə ehtiyac belə görmürlər".

AVRASİYA İQTİSADİ BİRLİYİ NƏDİR?

AİB 2014-cü il mayın 29-da yaradılıb. İqtisadi ittifaq kimi tanıdılsa da AİB daha çox Vladimir Putinin “Yeni SSRİ” layihəsinin tərkib hissəsi hesab edilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG