«Əsir düşən günü anamı və bir neçə həmvətənlərimizi öldürdülər. 1 il 7 ay əsirlikdə qaldım. Gün ərzində bir dəfə yemək verirdilər - quru arpa və duzlu balıq. Bizi Xankəndində donuz fermasında saxlayırdılar».
Xocalı faciəsi, 19 aylıq əsirlik və parklarda keçən ömür...
5
Bu ailəni çox yerdə görənlər olub. Kirayə haqqını verə bilmədiklərindən aylarla parklarda, küçələrdə yaşayıblar.
6
«10 ilə yaxındır yoldaşımla kirayələrdə qalırdıq. Yoldaşım fəhləlik edir, kirayənin pulunu ödəyirdik. 2 il bundan qabaq yoldaşım böyrəklərindən müalicə almalı oldu, bir aydan artıq xəstəxanada qaldı. Bütün pullarımız dava-dərmana getdiyi üçün kirayə pulunu ödəyə bilmədik. Aptekə 400 manat borcumuz var...».
7
Azı 4 ay parklarda yaşayandan sonra onlara ürəyi yanan bir nəfər məcburi köçkünlərin məskunlaşdığı bu binanı nişan verir.
8
Elə binanın özünə də «Xocalı köçkünlərinin məskunlaşdığı bina» deyirlər.