Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:13

Sherlock Holmes haqda yeni hekayə tapıldı


Sherlock Holmes illüstrasiya portreti
Sherlock Holmes illüstrasiya portreti

-

Şodlandiyanın Selkrik şəhərindən olan 80 yaşlı tarixçi Walter Elliot öz evinin çardağından Arthur Conan Doyle-un Sherlock Holmes haqda indiyədək ədəbiyyat aləminə məlum olmayan hekayəsini tapıb.

Bu haqda Britaniyanın “The Telegraph” qəzeti xəbər verir.

Hekayə 48 səhifədən ibarətdir.

Elliot deyir ki, o nə vaxtsa belə bir kitab aldığını xatırlamır və ehtimal edir ki, kitab 40 ya 50 il öncə ona bir dostu tərəfindən göndərilib. Evin çardağında digər kitablarla birlikdə illərcə qalıb.

“Adətən insanlar belə kitabları atırlar, ya da bukinistlərə satırlar. Mənim ailəm isə uzun illər bu kitabı saxlayıb. Kitabın sonradan haradasa çap olunduğunu eşitməmişəm, çünki mən tarixlə ciddi maraqlanıram və düşünürəm ki, Konan Doylun bu hekayəsi sadəcə hər kəsin gözündən yayınıb” - Elliot deyir.

Daha sonra Elliot hekayənin yazılmasının tarixçəsini bir əhvalatla danışır: “1902-ci ildə Selkrik şəhərindəki daşqın zamanı taxtadan tikilmiş Bennerfield körpüsü dağılır və şəhər şurasının körpünü təmir etməyə pulu olmur. 1904-cü ildə bir yardım marafonu təşkil edərək taxta körpünü, yeni dəmir körpü ilə əvəz etmək üçün pul toplamağa başlayırlar. Marafona şəhərdə olan hər kəs qatılır, hamı hansısa bir işin qulpundan yapışaraq körpüyə əlindən gələn köməyi etməyə çalışır. Bu marafondan xəbər tutan Artur Konan Doyl Şerlok Holmsla bağlı bir hekayə yazır. Hekayə kitab şəklində çap olunur və satışdan gələn gəlir körpünün tikintisi üçün toplanan fonda hədiyyə edilir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG