Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:46

Lerikdən Bakıya da 6 manat, Lerikdən Lerikə də...


Arxiv fotosu
Arxiv fotosu

-

“İnsanlar artıq bu şəraitdə yaşamaq istəmirlər. Hamaratda 50-dən artıq evin yarıdan çoxu boşdur".

Lerikin Hamarat kəndinin bir qrup sakini AzadlıqRadiosunun “Qaynar xətt”inə yazır.

Onların şikayəti əsasən ictimai nəqliyyatdandır. Kəndə ictimai nəqliyyatın işləməməsi üzündən hamaratlılar qazanclarının böyük hissəsini rayon yollarında itirirlər:

“Ucqar Hamarat və ona yaxın kəndlərin sakinləri Lənkəran-Lerik yoluna çıxmaq üçün çox əziyyət çəkirlər. Həmin istiqamətdəki kənd yolu yerli sakinlər tərəfindən təmir olunsa da, ictimai nəqliyyat işləmir. 17 kilometr yol qət edib Piran yoluna çıxan hamaratlılar kənddən rayon mərkəzinə getmək üçün 6 manat xərcləyirlər. Eyni məbləğdə pul geri qayıtmaq üçün də xərclənir. Təsəvvür edin ki, Lerikdən Bakıya getmək də 6 manatdır, Lerikdən Lerikə, Hamarata getmək də...”

Lerikdən Binəyə köç edirlər...

Sakinlər bildirirlər ki, Pirandan Hamaratadək 6-7 kənd var. Yəni bu istiqamətdə bir mikro-avtobus heç olmasa bir reys etsə, kifayət qədər sərnişin toplaya bilər. İndi rayon mərkəzinə gedib gəlmək, ən azı 12-15 manata başa gəlir. Məhz bu səbəbdən kəndlər sürətlə boşalır:

“İnsanlar artıq bu şəraitdə yaşamaq istəmirlər. Hamaratda 50-dən artıq evin yarıdan çoxu boşdur. Kəndin az qala yarısı Bakının Binə kəndinə köçür. Xahiş edirik, bizə kömək edin. Bir mikro-avtobus nədir ki, onun 10-a yaxın kənd sakinindən əsirgəyirlər. Belə getsə, bu kəndlərdə adam qalmayacaq”.

Lerikin icra hakimiyyətindən bildiriblər ki, rayonda yol tikintisi sahəsində bir sıra uğurlu işlər də görülüb - Züvand istiqamətinə asfalt yol çəkilib, hazırda Xanagah yolunda asfaltlama işi aparılır. Elə Hamarat kəndinin yolları da vaxtaşırı təmir olunur. İctimai nəqliyyat məsələsinə gəlincə, bunun üçün sakinlər yerli bələdiyyəyə müraciət etməlidilər.

XS
SM
MD
LG