Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:18

90 saylı məktəbdə müəllim şagirdi xəstəxanalıq etdi


Arxiv fotosu. Azərbaycanda şagirdlərin döyülməsi
Arxiv fotosu. Azərbaycanda şagirdlərin döyülməsi

-

“Uşağı rezin şlanqla vəhşicəsinə döyüb... Elə döyüb ki, uşaq xəstəxanalıq olub... Barmaqları işləmir, bədəni qapqaradır...”

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə zəng vuran Bakı sakini Mirələm Həsənov deyir. Onun sözlərinə görə, Sabunçu rayonundakı 90 saylı orta məktəbin 7-ci sinfində təhsil alan oğlu Orxanı elə həmin məktəbdəcə öz müəllimlərindən biri döyüb:

“Bədən tərbiyəsi müəllimi Emil Cəbrayılov döyüb uşağı... Fevralın 10-da məktəbin həyətində guya uşaq müəllimin maşınının üstünə tüpürüb. Uşaq and-aman edir ki, yerə tüpürüb. Bir də ki, buna görə uşağı o vəziyyətə salarlar? Üstəlik də, Orxan müəllimindən üzr istəyib axı... Sinif otağına salıb, qapını arxadan bağlayıb, uşağı sinif yoldaşlarının yanında rezin şlanqla döyüb”.

Müəllimin cəzalandırılmasını tələb edirlər

Orxan Həsənovun döyülmüş vəziyyətdə evə gəldiyini görən valideynləri məsələdən xəbər tutan kimi ərazi üzrə Sabunçu rayonu polis idarəsinin 12-ci bölməsinə şikayət ediblər:

“Uşağı 3 saylı xəstəxanaya götürdük. Tibbi yardım göstərildi, xəsarətləri qeydiyyata alındı. Tibbi ekspertizadan da keçirilib”.

90 saylı məktəbin direktoru faktı təsdiqləyib və müəllimə bu hərəkətinə görə töhmət verdiyini bildirib. Valideynlərsə töhmət cəzası ilə kifayətlənmək istəməyiblər. Onlar müəllimin daha ağır cəzalandırılmasını tələb edirlər.

12-ci polis bölməsinin növbətçi hissəsindən “Qaynar xətt”ə bildirilib ki, bu hadisə ilə bağlı məktəblinin valideynləri tərəfindən bölməyə ərizə daxil olduqdan sonra araşdırma başlanıb. Məktəbli Orxan Həsənov, sinif yoldaşları və məktəblini döydüyü iddia olunan bədən tərbiyəsi müəllimi Emil Cəbrayılov dindirilib. Hələlik faktla bağlı təhqiqat aparılır. Ekspertizanın rəyi bəlli olandan sonra polis növbəti addımını atacaq.

XS
SM
MD
LG