Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:03

Obama “İslam dövləti”nə qarşı əsgər göndərmək icazəsi istədi


Barack Obama
Barack Obama

-

ABŞ prezidenti Barack Obama fevralın 11-də Konqresə müraciət edib ki, ona “İslam dövləti”nə qarşı yerüstü əməliyyat keçirmək icazəsi verilsin.

Prezidentin Konqresə göndərdiyi qətnamə layihəsində heç bir coğrafi məhdudiyyət yoxdur. Güc işlətmək icazəsinin 3 illiyinə verilməsi istənilir.

Amma bu icazə “uzunmüddətli yerüstü hücum əməliyyatları”nı istisna edir.

Obama Ağ evdə çıxış edərkən deyib ki, o heç də İraq, yaxud Suriyaya qoşun göndərməyi, müharibəyə başlamağı nəzərdə tutmur.

Sadəcə, gözlənilməz vəziyyətlə üzləşərkən ABŞ əsgərlərinin əl-qolunun bağlı olmasını və şəraitə uyğun hərəkət etmək imkansızlığını istəmir.

ABŞ və onun müttəfiqləri avqust-sentyabr aylarından bəri İraq və Suriyada “İslam dövləti” ekstremist təşkilatının mövqelərinə hava zərbələri endirməkdədirlər.

ABŞ təyyarələri "İslam dövləti"nin mövqelərini bombalamağ uçur. Oktyabr 2014
ABŞ təyyarələri "İslam dövləti"nin mövqelərini bombalamağ uçur. Oktyabr 2014

İndiyəcən 2300-dən çox hava zərbəsi gerçəkləşdirilib.

Konqresin böyük hissəsi prezidentin xahişinə müsbət yanaşsa da, Ağ evin planını təfərrüatı ilə bilmək istəyənlər də çoxdur.

Məsələn, ABŞ-ın “İslam dövləti” ilə bağlı strategiyası, son hədəfi nədir?

Xüsusən də Suriya ilə bağlı strategiya nədən ibarətdir?

Senator Tim Kaine (Demokrat) indiyəcən prezidenti yürüstü əməliyyatlara başlamadığı üçün tənqdi edənlərdən biri idi.

O, Obamanın qərarını alqışlasa da, qətnamə kayihəsinin dilinin yayğın olduğunu bildirib.

Ağ evdən isə məsələyə aydınlıq gətirərkən deyiblər ki, bəzən hava zərbələrinin effektiv olması üçün yerüstü əməliyyatlarla müşayiət edilməsinə ehtiyac yaranır.

"İslam dövləti" yaraqlıları
"İslam dövləti" yaraqlıları

Yaxud amerikalı girovların azad edilməsi üçün əməliyyat keçirilməsi vacib olur.

“İslam dövləti” indiyəcən bir neçə amerikalını girov götürüb. Onlardan ikisinin başını kəsib.

Obama bildirib ki, ölkəsinin daim müharibə aparmasını istəmir, amma gücdən nə vaxt, necə, harada istifadə olunmasının dəqiqləşməsi də vacibdir.

Onun sözlərinə görə, ABŞ və müttəfiqləri hazırda “İslam dövləti”nə qarşı hücuma keçiblər: “Onlar müdafiə olunmağa məcburdurlar və bu savaşı sözsüz ki uduzacaqlar”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG