Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:44

Bağdadda 10 ildən sonra komendant saatı ləğv olunub


Bağdadda partlayış, 2010
Bağdadda partlayış, 2010

Paytaxt əhalisi gecə yarısı küçələrə çıxaraq qərarı bayram edib. Lakin iraqlılar öz sevinclərini ürəkdolusu yaşaya bilməyiblər. Çünki komendant saatından bir neçə saat əvvəl şəhərin ayrı-ayrı yerlərində 5 partlayış baş verib. Nəticədə 40-dan artıq insan həlak olub. "İslam Dövləti" yaraqlıları terror aktlarına görə məsuliyyəti üzərinə götürüb. Bildirib ki, onlar şiələri hədəf alıblar.

Komendant saatı ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqa müdaxiləsindən bir il sonra, 2004-cü ildə Bağdadın məzhəb savaşının mərkəzinə çevrildiyi zaman tətbiq olunmuşdu.

XS
SM
MD
LG