Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:50

Birləşmiş Ərəb Əmirlikləri İslam Dövləti yaraqlılarının mövqelərini bombalayıb


F-16 təyyarələri
F-16 təyyarələri

Birləşmiş Ərəb Əmirlikləri İslam Dövləti yaraqlılarının mövqelərinə hava zərbələrini bərpa edib.

İordaniyadakı hərbi-hava bazasından qalxan F-16 təyyarələri qrupun mövqelərini bombaladıqdan sonra geri dönüblər.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyada Birləşmiş Ərəb Əmirlikləri və İordaniya da iştirak edir.

Birləşmiş Ərəb Əmirlikləri ötən ilin dekabrında iordaniyalı pilotun əsir düşməsindən sonra hava zərbələrini dayandırmışdı.

Pilot fevralın 3-də öldürüldükdən sonra uçuşlar bərpa edilib.

Koalisiya qüvvələri İslam Dövləti yaraqlılarının İraq və Suriyadakı mövqelərini vurmaqda davam edir.

XS
SM
MD
LG