Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:34

Gennady Zyuganov Bakıda prezident İlham Əliyevlə müzakirələr aparır


Gennady Zyuganov Kommunist Partiyasının xatirə ordenini Azərbaycan prezidentinin yaxasına taxarkən, Bakı, 9 fevral 2015
Gennady Zyuganov Kommunist Partiyasının xatirə ordenini Azərbaycan prezidentinin yaxasına taxarkən, Bakı, 9 fevral 2015

-

Fevralın 9-da Bakıda səfərdə olan Rusiya Kommunist Partiyasının sədri, Dövlət Dumasının Kommunist fraksiyasının rəhbəri Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

Görüş barədə yayılan rəsmi məlumatda qeyd edilir ki, Gennady Zyuganov​Rusiya Federasiyası Kommunist Partiyasının xatirə ordenini Prezident İlham Əliyevə təqdim edib, Avropa Şurasının son sessiyasında Azərbaycan nümayəndə heyətinin Moskvaya dəstəyinə görə təşəkkürünü ifadə edib:

"Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası və beynəlxalq əməkdaşlıq sahələrində uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da dərinləşəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb" - deyə görüş barədə yayılan rəsmi məlumatda bildirilir.

Prezident İlham Əliyev Rusiya kommunistlərinin rəhbəri Gennady Zyuganov-u qəbul edərkən. Bakı, 9 fevral 2015
Prezident İlham Əliyev Rusiya kommunistlərinin rəhbəri Gennady Zyuganov-u qəbul edərkən. Bakı, 9 fevral 2015

Azərbaycanda müstəqil ekspertlər son vaxtlar Bakının daha çox Moskva yönlü siyasət apardığını vurğulayırlar.

Yanvarın 28-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanı təmsil edən deputatlar Rusiyanın bu qurumda səsvermə hüququndan məhrum edilməsi ilə bağlı qərarın əleyhinə səs vermişdilər. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Moskvaya dəstək qərarını "Bugünki Avropa Şurası məhz Rusiya bu beynəlxalq təşkilatın üzvü olduğu üçün mövcuddur. Rusiyanı təcrid etmək cəhdləri böyük ziyan vuracaq və bəlkə də bu beynəlxalq təşkilata son qoyacaq. Ona görə də bu cəhdlər əvvəldən iflasa məhkumdur" - kimi fikirlərlə izah edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG