Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:47

Zhirinovsky Şəhidlər Xiyabanını ziyarət edib


Vladimir Zhirinovsky
Vladimir Zhirinovsky

-

«Azərbaycanla Rusiya arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Hər iki ölkənin parlamentləri arasında da sıx əlaqələr var».

Trend-in məlumatına görə, bunu sentyabrın 27-də Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Zhirinovsky ilə görüşündə deyib.

O.Əsədov Azərbaycanda rus dilinə yaxşı münasibətin olduğunu və rus dilində məktəblərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Zhirinovsky Rusiya-Azərbaycan əlaqələrinin inkişaf etdiyini və tez-tez yüksəksəviyyəli görüşlərin keçirildiyini deyib. O, Azərbaycanla Rusiyanın daim sadiq tərəfdaş olduğunu vurğulayıb:

«Bu, Heydər Əliyevin hakimiyyəti illərində də belə idi, İlham Əliyevin prezidentliyi dövründə də belədir».

Zhirinovsky səfərinin ikinci gününə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarətlə başlayıb. Əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Daha sonra Şəhidlər Xiyabanına gedib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub.

O, sentyabrın 26-dan Bakıda səfərdədir.

XS
SM
MD
LG