Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:35

25 min dollarlıq möcüzə


İllüstrasiya fotosu
İllüstrasiya fotosu

-

25 min dollar!

Zinət əşyası, maşın və ya prestijli mebel qiymətinə daha çox uyğun gələn bu məbləğ idman yarışına baxmaq üçün bir oturacağın rəsmi dəyəri idi.

ABŞ-da Amerika futbolununun finalı - Super Boul haqda az-çox məlumatı olanlar yəqin ki, bu fantastik qiymətdən təəccüblənməz. Super Boul ABŞ-ın ən vacib hadisələrindən biridir, onun açılışında Amerikanın himnini ifa etmək üçün Amerikanın ən məşhur müğənniləri hər şeydən keçməyə, nəhəng şirkətlər Super Boul-a sponsorluq etmək naminə ağlasığmaz pullar tökməyə hazırdırlar. Milyonlarla sadə amerikalının ən böyük arzusu da ömründə heç olmasa bircə dəfə bu ümumamerika oyununun finalını stadiondan izləməkdir. Lakin stadionun 25 min dollarlıq fəxri kürsülərində oturmaq xam xəyallar da ağıllarına gəlməz.

Ona görə də 2 nəfərin bircə qəpik xərcləmədən Arizonadakı Feniks Universitetinin stadioununda, Super Boulun ən baha oturacaqlarını əldə etməsi xəbəri mediada sürətlə yayılırdı.

İrlandiyadan olan Richard Whelan və Paul McEvoy adlı 2 gəncin biletsiz, ikiqat mühafizə həlqəsindən hiss olunmadan keçərək VİP tribunaya yol tapmaları müəyyən mənada möcüzə də sayıla bilərdi.

Richard və Paul danışırlar ki, stadiona biletsiz keçmək planı ona əsaslanırdı ki, özlərini elə təkəbbürlü tutsunlar ki, mühafizədə bu gənclərin stadion işçiləri olmasına heç bir şübhə yeri qoymasınlar. Ona görə də həyəcanlı dəqiqələrdə sadəcə olaraq başlarını aşağı salıb mobil telefonla bir-birinə SMS göndərirdilər.

Birinci nəzarət xəttini arxa qapıdan, təcili yardım əməkdaşlarının sırasına qarışaraq keçiblər.İkinci həlqədəki biletyoxlayanlardan da onlara diqqət edəni olmayıb.

Stadionda İrlandıyalıları daha bir uğurlu təsadüf gözləyirmiş. Fəxri tribunada oturanlardan biri onlara deyir ki, 2 yer boşdur, onun sahibləri stadiondakı şouda iştirak etdiklərindən meydana çıxıblar və geri qayıtmayacaqlar. Beləliklə, Richard və Paul oyunu 4-cü sıradan izləmək xoşbəxtliyini əldə ediblər. Bu azdır kimi məşhur amerika futbolçusu Lawyer Milloy-un düz qarşısında oturublar. Keçmiş Super Boul çempionu onlara bütün oyun boyu şərhçilik edib.

Milloy sonradan, Richard və Paulun əhvalatını Vaşinqton Postda görəndə baş verənlərə inanmayanların sonuncu şübhələrini də dağıdıb


Richard Whelan-ın Tvitterdəki fotosunu "sizinlə qarşılaşdığıma çox şadam" deyə şərh edən Milloy, öz instagramda da yazıb: “Bu 2 irlandiyalı qaqaşın bəxtinə düz mənim qabağımdakı oturacaqlar düşdü. Şir ürəyi yemək buna deyərlər, şeytan da belə soyuqqanlı ola bilməzdi. Vaşinqton Post özü bunlardan yazır ”

Irlandiyalilarin azarkeşlik etdiyi komanda SuperBoulu uduzsa da, onlar bu axşamı özlərinin ən uğurlu günü sayırlar.

Bəs sənin başına gələn ən uğurlu təsadüf hansıdır? Yaz bizə, bəlkə bu irlandıyalılardan da artıq bəxti gətirən adamsan...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG