Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:27

Bir daha Brenda Shaffer-in ARDNŞ müşavirliyi barədə


Brenda Shaffer
Brenda Shaffer

-

“The New Republic” məcmuəsi professor Brenda Shafferin avtoritar rejimlərlə işbirliyini gizlətməsindən yazır.

Yazının müəllifi Casey Michel ötən il oktyabrın 23-də Shafferlə bir tədbirdə qarşılaşdığını və ondan sualına cavab ala bilmədiyini vurğulayır. Kolumbiya Universitetində Avropa enerji məsələləri üzrə müzakirədə Shaffer Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə əlaqələri barədə suala çox əsəbi reaksiya vermişdi.

UTANC GƏTİRMƏYƏN CAVABLAR?

Kolumbiya Universitetinin məzunu olan Casey Michel yazır ki, Haifa Universitetinin professoru olan Brenda Shaffer suala sualla cavab verib:

“Onda mən də sizdən soruşa bilərəm, Casey, xanımınızın adı nədir, hansı məktəbə gedirsiniz, təhsil haqqınızı kim verir, harda işləyirsiniz, yemək pulunuzu necə ödəyirsiniz, qanınızda xolesterolun miqdarı nə qədərdir? Bu cavabların heç birində utanacaq bir şey yoxdur," Shaffer deyib.

Müəllif yazır ki, onu Tony Blair-in Azərbaycanın neft və qaz kəmərləri maraqlarına necə lobbiçilik etməsi maraqlandırıb.

O, TƏK DEYİL

"Mən həmçinin Shaffer-in Azərbaycan hökuməti ilə münasibətini niyə açıqlamadığını bilmək istəyirdim," Casey yazır.

Qeyd edək ki, ötən il sentyabrın 9-da New York Times qəzetində bir redaktor qeydi dərc olunub. Orda deyilirdi ki, Brenda Shafferin qəzetdə çıxan və Dağlıq Qarabağ barədə məqaləsində göstərilmir ki, o, ARDNŞ-in müşaviridir. Xanım Shaffer yazısında Azərbaycanın Qərb üçün vacib təhlükəsizlik tərəfdaşı olduğunu vurğulamış və yazmışdı ki, Rusiya növbəti dəfə Cənubi Qafqazda torpaq ələ keçirməyə çalışa bilər:

"Suallarıma cavab vermək əvəzinə, o, xolesterolumu soruşurdu... Suallarıma cavab ala bilmədim. O vaxtdan Shaffer geniş təhlillər, Azərbaycanın karbohidrogen rəqiblərinə qarşı arqumentlər dərc etdirib, ancaq bunları akademik kimi edib, müşavirliyini açıqlamayıb," deyə müəllif yazır, ancaq təkcə Shafferin adını çəkməyin ədalətsiz olduğunu da vurğulayır.

KRAMER FORBES-DAN NECƏ UZAQLAŞDIRILDI

Məsələn, Forbes jurnalında Mark Adomanis Rusiyaya rəğbət doğuran yazılar müəllifidir. Elə həmin dərgidə Hilary Kramer Tacikistanla bağlı yazılar dərc edib. Ancaq sonradan onun bu avtokrat rejimi ilə əlaqələri üzə çıxandan sonra dərgidən uzaqlaşdırılıb.

Kramer Azərbaycan barədə də yazırmış ki, "Azərbaycan özü üçün ideoloji deyil, açıq yol seçib". Casey bildirir ki, hazırda Azərbaycanda Rusiya və Belarusun birgə rəqəmlərindən çox siyasi məhbusun olduğu bir məqamda belə bir iddia, azı sual doğurur.

SHAFFER YENƏ YAZIR

Forbes qeyd edir ki, Kramerin münasibətləri üzə çıxandan sonra daha bu dərgiyə yazmayıb. Halbuki Shaffer NPR, BBC üçün yazmaqda davam edir, rəsmi müşavir olmasını isə açıqlamır. Bu da onun obyektivliyini zərbə altında qoyur:

"Bu adamlar öz işləri ilə avtoritar rejimlərin üzünü ağartmaqla məşğuldurlar. Onlar bu regionda insan haqları problemlərini batırmağı hədəfləyən ictimai münasibətlərin daha geniş bağlarının bir hissəsidir. Ancaq Shafferin mənə verdiyi suallardan fərqli olaraq, onların maraqları şəxsi deyil – bu, biznesdir".

SOCAR-ın sözçüsü Nizaməddin Quliyev keçən ilin sentyabrında AzadlıqRadiosuna deyib ki, Shaffer heç vaxt SOCAR üçün işləməyib.

“Mən SOCAR-da yeddi ildir ki, işləyirəm, - deyib Quliyev, - onun bu şirkət üçün işlədiyini heç vaxt eşitməmişəm”.

Bütün bunlara baxmayaraq, aydın olan budur ki, Shaffer ən azı 2013-cü ilin əvvəllərindən özünü Rövnəq Abdullayevin müşaviri kimi təqdim edib. O, Enerji Ticarəti Proqramının 2013-cü il, martın 18-də Budapeştdə keçirilən seminarında da məhz bu qismdə iştirak edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG