Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:28

Elin Süleymanov The New York Times-a cavab verir


Səfir Elin Süleymanov John Hopkins Universitetində
Səfir Elin Süleymanov John Hopkins Universitetində

-

The New York Times Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanovun redaktora məktubunu dərc edib.

Məktub həmin qəzetin yanvarın 12-də yaydığı redaksiya məqaləsinə cavabdır. "Azərbaycan prezidenti İlham Əliyevin iki üzü" adlanan məqalədə ölkədə vətəndaş cəmiyyətinə basqılardan danışılır, Azərbaycanın "dünyada insan haqlarının ən pis pozulduğu ölkələr sırasında" olduğu vurğulanırdı.

Səfir Elin Süleymanovun cavabında oxuyuruq:

“Qəzetin redaksiyası Avropanın enerji təhlükəsizliyinə və mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsini düzgün olaraq vurğulayır, ancaq eyni zamanda Avrasiyada dəyişməkdə olan reallıqları o qədər də dəyərləndirmir”.

“Məgər Amerikanın tərəfdaşları Vaşinqtonla öz münasibətlərini sizin istinad etdiyiniz mənbədən - “WikiLeaks” saytından alınan informasiya əsasında qurmalıdırlarmı? Bəlkə onlar Amerikanın mövqeyinin ölkə hüdudlarından kənardakı təsəvvürlərdən fərqli olduğu ayrı-ayrı halları əsas götürməlidirlər? Əgər belədirsə, onda bu cür müzakirələr səmərəsiz qarşılıqlı ittihamlara aparıb çıxaracaq”.

MARAQLARA UYĞUN

Elin Süleymanov daha sonra yazır ki, diqqəti müsbət məqamlara yönəltmək və real problemləri həll etmək daha səmərəli yanaşma olardı. Azərbaycanın Qarabağ regionunun ermənilər tərəfindən işğal edilməsinin qurbanları olmuş yüz minlərlə məcburi köçkünün humanitar ehtiyaclarının müzakirəsi bu məsələlər sırasındadır. "Bu, Amerika dəyərlərinə və onun maraqlarına daha uyğun olardı,” cənab Süleymanov yazır.

Diplomat qeyd edir ki, NYT-nin redaksiya məqaləsində Azərbaycana qarşı koordinasiya olunmuş kampaniya aparılmasından danışılmır. Ancaq səfirin fikrincə, "Amerika mediasında ölkəmə qarşı birtərəfli tənqidin qəfildən artması bunun göstəricisidir".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG