Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:54

Naxçıvanda muzeylər kollektiv şəkildə ziyarət olunacaq


Vasif Talıbov
Vasif Talıbov

-
Naxçıvanda dövlət orqanlarında çalışanlar bundan sonra kollektiv şəkildə muzeyləri ziyarət etməli olacaq. Bu haqda Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb. «Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında» sərəncamda Naxçıvanda hazırda 30 muzeyin fəaliyyət göstərdiyi bildirilir:

«Muzeylər mədəni irsimizin, milli dəyərlərimizin qorunması və təbliğində, gənc nəslin tərbiyəsində və dünyagörüşünün zənginləşməsində böyük əhəmiyyətə malikdir. Bütün bunlar nəzərə alınaraq, muzeylərdə açıq dərslər keçirilir, ümumtəhsil məktəbləri ilə muzeylər arasında interaktiv təhsil təşkil olunur. Görülən tədbirlər maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsi və təbliğinə şərait yaradır»

Sərəncama əsasən dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişinin təmin edilməsini Ali Məclisin Aparatı təmin edəcək.

XS
SM
MD
LG