Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:21

Vasif Talıbov 17 noyabrı Bayraq günü elan etdi


Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı
Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı

-

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada Dövlət Bayrağı gününün qeyd olunması ilə bağlı fərman imzalayıb. Fərmana görə, hər il noyabrın 17-də Naxçıvanda Dövlət Bayrağı günü kimi qeyd olunacaq.

Fərmanda Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində mühüm yer aldığı vurğulanır :

«Burada böyük dövlətçilik ənənələrinin əsası qoyulub. X əsrdə «Naxçıvan şahlığı», XII əsrdə Azərbaycan Atabəylər dövləti yaranmış, XVIII - XIX əsrlərdə «Naxçıvan xanlığı», XX əsrin əvvəlində Araz-Türk Respublikası fəaliyyət göstərmişdir. Azərbaycanın bu tarixi ərazisində formalaşan ən qiymətli sərvətlərdən biri də Naxçıvanın muxtariyyətidir. Naxçıvan Muxtar Respublikasının 1998-ci il Konstitusiyasında isə Naxçıvan muxtar dövlətinin rəmzlərinin Azərbaycan Respublikasının Dövlət Bayrağı, gerbi və Dövlət Himni olduğu təsbit edilmişdir».

Fərmanda qeyd olunur ki, Azərbaycan Xalıq Cümhuriyyətinin 9 noyabr 1918-ci ildə qəbul etdiyi üçrəngli bayraq ikinci dəfə Naxçıvanda - 1990-cı il noyabrın 17-də muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul olunub. Həmin günün dövlətçilik tarixindəki əhəmiyyəti nəzərə alınaraq bu fərmanın verildiyi qeyd olunur.

Noyabrın 17-də Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanının açılışı olub. Bayraq dirəyinin hündürlüyü 57 metrdir. Burada dalğalanan üçrəngli bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pyedestalının altında Bayraq Muzeyi yaradılıb. .

XS
SM
MD
LG