Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:00

Hökumət keçmiş hərbçilərə məzuniyyət kompensasiyası borcunu qaytarır


Arxiv fotosu: Bakıda hərbi paraddan görüntü. 26 iyun 2013
Arxiv fotosu: Bakıda hərbi paraddan görüntü. 26 iyun 2013

-

Nazirlər Kabinetinin qərarına görə 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-ə qədər hərbi xidmətdə olmuş (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bura aid deyil) şəxslər istifadə etmədikləri məzuniyyətə görə çoxdandır ala bilmədikləri kompensasiyaya sahib ola biləcəklər.

Hökumət indiyə qədər həmin kompensasiyaların hesablanma qaydasının müəyyən edilmədiyini əsas gətirərək bu kompensasiyaları verməkdən imtina edirdi.

Trend informasiya agentliyi Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bugünlərdə hökumət həmin kompensasiyaların hesablama qaydasını təsdiq edib.

Qərara görə məzuniyyətini istifadə etməmiş şəxsxidmətdə olarkən sonuncu ayda aldığı maaş, rütbəyə və xidmət illərinə görə ödənişlər əsas götürüləcək. Yəni, məsələn, hərbi qulluqçu 2009-cu il yanvarın 1-də ehtiyata buraxılmışdısa, sonuncu ayda qazancı ayqlı təqvim gününə (30.4 gün) bölünəcək. Alınan rəqəm istifadə etmədiyi məzuniyyət günlərinin sayına vurulacaq. Bu vurmanın nəticəsi qədər də kompensasiya alacaq.
Məlumatda hökumətin gecikən dövr üçün əlavə ödənişləri, qərarın icra müddəti barədə əlavə bilgi verilmir.

Bu məzuniyyət haqlarının verilməməsi uzun müddət idi ki, keçmiş hərbçilərin narazılığına səbəb olurdu. Buna görə həttat Müdafiə Nazirliyi ilə məhkəmə çəkişməsində olan hərbçilər vardı.

Hələlik həmin hərbçilərin hökumətin bu son qərarına münasibətləri bəlli deyil.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG