Məzuniyyətə çıxmayan şəxslər bundan sonra məzuniyyət pulunu kompensasiya şəklində alacaqlar. Milli Məclisin dekabrın 19-da Əmək Məcəlləsinə etdiyi dəyişikliyə görə, əgər işçi vaxtı çatanda məzuniyyətə çıxmırsa, o, maaşını almaqla bərabər məzuniyyət pulunu da ala biləcək.
İndiyə qədər isə işçilər məzuniyyətə çıxmayanda onlar adi qaydada əməkhaqlarını alırdılar.
Mili Məclisin dekabrın 19-dakı iclasında həmçinin bir sıra digər qanunlara da dəyişikliklər edilib.