Rusiyanın REGNUM agentliyinin məlumatına görə, «Yabloko» partiyasının lideri Grigory Yavlinsky-nin Krımın Ukraynaya qaytarılma zərurətini dilə gətirib.
«Bu problemin Rusiyanı bütün həyatı boyu izləməməsi üçün Krımdan imtina etmək lazımdır», — Yavlinsky sözügedən partiyanın siyasi şurasında belə söyləyib.
Siyasətçinin fikrincə, «Krımın statusuna dair Ukrayna qanunları əsasında 2-ci legitim referendum keçirmək», beynəlxalq müşahidəçilərin iştirakı ilə Rusiya və Ukrayna arasında «güvənlik kəməri» yaratmaq,ticarət və qaz tədarükü sahəsində iqtisadi münasibətləri tənzimləmək gərəkdir.