Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 09:11

Milli Məclis media qanununu sərtləşdirdi

Dekabrın 16-da Milli Məclisin növbəti iclası keçirilib. Gündəliyə 30 məsələ daxil idi.

Həmçinin, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında», «İnformasiya vermək haqqında», «Yol hərəkəti haqqında», «Kütləvi informasiya vasitələri haqqında», «Dərman vasitələri haqqında» qanunlara, İnzibati Xətalar, Su və Miqrasiya məcəllələrinə dəyişikliklər müzakirə olunub.

 

Kütləvi informasiya vasitələrinin istehsalına və yayımına xitam verilməsi qaydası dəyişdirilib. «Kütləvi informasiya vasitələri haqqında» qanuna təklif olunan dəyişikliklərə əsasən, media orqanı il ərzində məhkəmənin qərarı ilə 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir. Dəyişiklik barədə qanun layihəsini Milli Məclisə prezident təqdim edib. 

 

AzadlıqRadiosu müzakirəni izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

12:56 16.12.2014

Milli Məclisin üzvü Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi seçilib.

12:55 16.12.2014

«Beynəlxalq təşkilatlarda Azərbaycanın maliyyələşdirdiyi tərcüməçilər çalışmalıdır»

Deputat Musa Quliyev
Deputat Musa Quliyev

Milli Məclisin 16 dekabr iclasında millət vəkili Musa Quliyev təklif edib ki, beynəlxalq təşkilatlarda Azərbaycan dilindən istifadə olunsun:

«Nümayəndə heyətimizin öz dilində çıxış etməsinin vaxtı çatıb. Bunun üçün gələn ilin büdcəsindən vəsait ayrılmasını da nəzərdə tutmaq olar. Yetər ki, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın maliyyələşdirdiyi tərcüməçilər çalışsın, Azərbaycan dilində də çıxışlar olsun».

Spiker Oqtay Əsədov deputatın təklifini dəstəklədiyini bildirib: «Yaxşı ideyadır, beynəlxalq təşkilatlarla danışıb həll etmək olar».

XS
SM
MD
LG