Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 04:56

Ukraynada 4600-dən çox adam ölüb. Dekabrın 13-də BMT-nin humanitar məsələlər üzrə koordinasiyası idarəsi (OCHA) bu barədə bəyanat yayıb. Bəyanatda bildirilir ki, Rusiyapərəst qüvvələrlə hökümət qüvvələrinin döyüşlərində hər ay ən az 300 adam ölüb. Ümumilikdə isə bu rəqəm 4.634 -dür. Apreldən bəri 10 mindən çox adam yaralanıb.

Bəyanatda qeyd edilir ki, bu münaqişəyə görə 1.1 milyon insan öz evindən didərgin düşüb. Bunlardan 542 min adam ölkə daxilində məcburi köçkündür. 568 minə yaxın insan qonşu ölkələrə, 466- minə yaxın insansa Rusiyaya üz tutub.

Hesabatlara görə 5.2 milyon insan hələ də müharibə gedən ərazilərdə yaşayır.

OCHA-nın noyabrdakı hesabatında münaqişələr zamanı 4.300-dən çox adamın öldüyü göstərilmişdi.

XS
SM
MD
LG