1994-96-cı illərdə Birinci Çeçenistan müharibəsi zamanı Rusiya aviasiyasının zərbələri ilə paytaxt Qroznı demək olar tam dağılmış, 80 minə yaxın adam həlak olmuşdu. 20 il sonra Qroznıda həmin dağıtı demək olar aradan qaldırılıb, müharibənin nişanələri demək olar qalmayıb. Elə Birinci Çeçenistan müharibəsi zamanı həlak olan qurbanları yada sala biləcək bir abidə, xatirə lövhəsi də yoxdur. Fotoqraf və yazar Diana Markosyan bu yaxınlarda Qroznıya səfər edərək şəhərdəki dəyişiklikləri çəkib. Onun 20 il əvvəlki və indiki fotolarını təqdim edirik.
Qroznı necə dəyişib: 20 il öncə və son günlər çəkilmiş fotolar
![Solda Sülh küçəsidir, Krasnoflotskaya küçəsi ilə kəsişir. ](https://gdb.rferl.org/207f68fc-4d8f-412b-b65e-ebd5f4bcee88_w1024_q10_s.jpg)
1
Solda Sülh küçəsidir, Krasnoflotskaya küçəsi ilə kəsişir.
![1995-ci ildə Lenin küçəsi bu vəziyyətdə idi. İndi həmin küçə Kadyrov prospekti adlanır. ](https://gdb.rferl.org/c0d25991-37da-4657-9ea2-bba748e2e9e7_w1024_q10_s.jpg)
2
1995-ci ildə Lenin küçəsi bu vəziyyətdə idi. İndi həmin küçə Kadyrov prospekti adlanır.
![Sodlakı fotoda çeçen döyüşçü Prezident Sarayının qarşısını keçən vətəndaşı izləyir. İndi həmin sarayın yerində böyük məscid tikilib. ](https://gdb.rferl.org/a60cfa2d-850e-46f6-9334-ac026bb20ebe_w1024_q10_s.jpg)
3
Sodlakı fotoda çeçen döyüşçü Prezident Sarayının qarşısını keçən vətəndaşı izləyir. İndi həmin sarayın yerində böyük məscid tikilib.
![Sülh prospektində 1996-cı ilin dağıntılarından demək olar əsər-əlamət qalmayıb. ](https://gdb.rferl.org/b316920f-f946-4122-b4c8-d99c69f1a1b2_w1024_q10_s.jpg)
4
Sülh prospektində 1996-cı ilin dağıntılarından demək olar əsər-əlamət qalmayıb.