Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:22

Qroznıda qanlı döyüşlər bütün gecəni davam edib (VİDEO)


Qroznıda qanlı döyüşlər
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00

Qroznıda qanlı döyüşlər

-

Rusiyada yaraqlılarla təhlükəsizlik qüvvələri arasında bir neçə saatlıq atışmada azı 9 nəfər həlak olub. Çeçensitan respublikasının paytaxtında gedən döyüşlər bütün gecəni davam edib.

Çeçenistan lideri Ramzan Kadyrov dekabrın 4-də bildirib ki, şəhərin mərkəzində bir neçə silahlının tutduğu bina tamamilə yanıb, içəridəki yaraqlıları isə öldürülüb.

Rəsmilər 3 polis nəfərinin və 7 yaraqlının öldüyünü bidrisələr də, xəbər agentlikləri Rusiya təhlükəsizlik qüvvələri arasında ölənlərin sayının artıq olduğu haqda xəbərlər yayır.

Dekabrın 4-də səhər 3 maşında hərəkət edən silahlılar yol polisinə hücum edib. Onlar daha sonra Qroznının mərkəzində nəşriyyat binasını tutublar.

Kadyrov İnstagram hesabında yazıb ki, «6 terrorçu məhv edilib,» daha sonra isə deyib ki, binadakı bütün yaraqlılar öldürülüb.

Rusiya informasiya agentlik

Bu, son bir neçə ildə Qroznıda baş vermiş ən böyük qarşıdurmadır. Çeçenistanda iki post-sovet müharibəsindən sonra bərpa işləri aparılıb.

Bu atışma həm də Rusiya prezidenti Vladimir Putinin parlamentdə illik çıxışından bir neçə saat əvvəl baş verib.

XS
SM
MD
LG