Keçid linkləri

2024, 15 İyun, şənbə, Bakı vaxtı 21:35

Ramzan Kadyrov Ukraynada çeçenlərin döyüşdüyünü inkar etmədi


Çeçenistan respublikasının rəhbəri Ramzan Kadyrov (solda) Rusiya prezidenti Vladimir Putin il'/
Çeçenistan respublikasının rəhbəri Ramzan Kadyrov (solda) Rusiya prezidenti Vladimir Putin il'/

Çeçenistan respublikasının rəhbəri Ramzan Kadyrov Ukraynanın şərqində gedən döyüşlərdə onlarla çeçen döyüşçünün Ukrayna hakimiyyətinə təslim olması barədə yayılan məlumatı təkzib edib.

"Bu yalandır. Nə Donetsk, nə də Luqanskda bir nəfər də olsun çeçen Ukrayna hərbçilərinə təslim olmayıb. Çeçenlər heç vaxt təslim olmurlar” - deyə Kadırov bəyan edib.

“İnterfax”ın yazdığını görə, Kadyrov faktiki Ukraynanın şərqində gedən hərbi əməliyyatlarda iştirak üçün Rusiyadan könüllülərin getməsini təsdiq edib:

"Mülki əhalini qorumaq üçün Ukraynanın şərqində müxtəlif regionlardan olduğu kimi Çeçenistandan olan könüllülər də iştirak edir”.

Ramzan Kadyrov əvvəllər Ukrayna və Qərb kütləvi informasiya vasitələrinin Donetskidə Çeçenistandan olan dəstələrin iştirakını təkzib edib.

Bu ilin yazında Ukraynanın Krım yarımadasını Rusiyanın özünə ilhaq etməsindən sonra bu iki ölkənin münasibətləri hərbi toqquşma həddinə çatıb.

Hazırda Ukraynanın şərqində Rusiya yönümlü silahlı qruplarla Ukrayna təhlükəsizlik qüvvələri arasında döyüş gedir. Kiyev Moskvanı yaraqlıları hər vasitə ilə müdafiə etməkdə günahlandırır.

XS
SM
MD
LG