Keçid linkləri

2025, 08 İyul, çərşənbə axşamı, Bakı vaxtı 12:36

«Axırıncı aşırım» filminin rejissoru 90 illik yubileyində xatırlanacaq


Kamil Rüstəmbəyov
Kamil Rüstəmbəyov

-

Dekabrın 5-də Dövlət Film Fondunda kinorejissor Kamil Rüstəmbəyovun 90 illik yubileyi qeyd ediləcək.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.

Tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinləniləcək.

Kamil Rüstəmbəyov milli kino və televiziya tarixində özünəməxsus yer tutan sənətkarlardandır.

O, televizyanın ilk illərində məsul redaktor, baş rejissor çalışıb. 1960-cı ildə milli televiziyanın tarixində ilk dəfə ekranlaşdırılan Səməd Vurğunun “Aygün” poeması üzrə eyniadlı tammetrajlı bədii filmin quruluşçu rejissoru Kamil Rüstəmbəyov olub. Bundan sonra o, televiziyada “Zəncirlənmiş adam” bədii televiziya filmi, bir sıra sənədli televiziya filmləri, film-konsertlər çəkib.

Azərbaycan televiziyasının ilk yaradıcılarından olan K. Rüstəmbəyov 1966-cı ildə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına işə dəvət olunub, “Dağlarda döyüş”, “Axırıncı aşırım”, “Dərviş Parisi partladır” (Ş.Mahmudbəyovla birgə), “Gözlə məni” bədii filmlərinə, “Mahnı qanadlarında” film-konsertinə quruluş verib.

Kamil Rüstəmbəyov 1991-ci ildə Bakıda vəfat edib.

XS
SM
MD
LG